
Novxanı qəsəbəsində ikimərtəbəli obyektin üzərində əlavə tikinti işləri aparıldığı bildirilir.
Sumqayit.tv xəbər verir ki, obyektin üzərində mansard tipli konstruksiya quraşdırılır. İşlərin təhlükəsizlik qaydalarına uyğun aparılmadığı və tikilinin konstruksiyasına əlavə yük yaratdığı iddia olunur.
Obyekt sahibi Elşən Abışov isə tikinti ilə bağlı sənədlərin olmadığını bildirib.
Məsələ ilə bağlı aidiyyəti qurumdan açıqlama almaq mümkün olmayıb.
Video: Xəzər TV
Bu gün, 19:20
8