
30 avqust Türkiyədə Zəfər Bayramı kimi qeyd olunur. Bu tarix 1922-ci ildə Mustafa Kamal Atatürkün rəhbərliyi ilə Türk ordusunun Böyük Taarruz və Başkomandanlıq Meydan Müharibəsində qazandığı qələbəni simvolizə edir.
26 avqust 1922-ci ildə başlayan Böyük Taarruz 30 avqustda Dumlupınarda qazanılan həlledici qələbə ilə nəticələndi. Bu zəfər Türkiyənin İstiqlal mübarizəsində mühüm dönüş nöqtəsi oldu.
Qələbədən sonra Türk ordusu irəliləyişini davam etdirərək 9 sentyabr 1922-ci ildə İzmirə daxil oldu. 30 avqust isə sonrakı illərdə Zəfər Bayramı kimi qeyd olunmağa başladı.
Bu gün Türkiyənin müxtəlif şəhərlərində və Şimali Kipr Türk Cümhuriyyətində rəsmi tədbirlərlə qeyd edilir.



Bu gün, 12:26
18