
Sumqayıt şəhəri, 10-cu mikrorayon ərazisində qayda pozan sürücü avtomobilin kamerasına düşüb.
Sumqayit.tv Avtosfer.az-a istinadən xəbər verir ki, hadisə bir neçə gün əvvəl səhər saatlarında baş verib.
Videodan göründüyü kimi, 50-ES-629 dövlət qeydiyyat nişanlı “Nissan” markalı avtomobilin sürücüsü sağdan ötmə edərək görüntünü qeydə alan avtomobilin qarşısına keçib və qəza şəraiti yaradıb.
Qeyd edək ki, sağdan ötmə yol hərəkəti qaydalarının pozulması hesab olunur. Bu qaydanı pozan sürücülər İnzibati Xətalar Məcəlləsinin 327.1-ci maddəsinə əsasən 40 manat məbləğində cərimə edilə bilərlər.
Bu gün, 20:47
9