
Bakı-Sumqayıt yolu son illər xüsusilə səhər və axşam saatlarında yaranan sıxlıqla gündəmdədir.
Baku TV-nin məlumatına görə, uzunmüddətli tıxaclar yalnız sürücülərin hərəkətinə deyil, ətraf mühitə də təsir göstərir. Mütəxəssislər və bəzi ekoloqlar nəqliyyat sıxlığının avtomobillərdən atmosferə atılan zərərli tullantıların artmasına səbəb ola biləcəyini bildirirlər.
Sürücülər də yolda yaranan sıxlıqdan narazıdırlar. Onların sözlərinə görə, problemin həlli üçün nəqliyyatın hərəkətinin daha səmərəli təşkili vacibdir.
Bakı-Sumqayıt yolunda nəqliyyat sıxlığının azaldılması həm sürücülərin rahatlığı, həm də hava keyfiyyətinin qorunması baxımından əhəmiyyətli hesab olunur.
Bu gün, 16:09
9