
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Şanxay Əməkdaşlıq Təşkilatının tədbirlərində iştirak etmək məqsədilə avqustun 31-də Qırğız Respublikasına işgüzar səfərə gedib.
Sumqayit.tv xəbər verir ki, dövlət başçısını və birinci xanım Mehriban Əliyevanı Bişkekdəki “Manas” Beynəlxalq Hava Limanında Qırğızıstan Nazirlər Kabinetinin sədri – Prezident Administrasiyasının rəhbəri Adılbek Kasımaliyev qarşılayıb.
Səfər çərçivəsində Prezident İlham Əliyevin ŞƏT-in tədbirlərində iştirakı nəzərdə tutulur. Hava limanında Azərbaycan Prezidentinin şərəfinə fəxri qarovul dəstəsi düzülüb.
Mənbə: AZƏRTAC
Bu gün, 12:30
7