
Dövlət qurumlarının balansında olan 16 nəqliyyat vasitəsi satışa çıxarılır.
Sumqayit.tv xəbər verir ki, İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti tərəfindən nəqliyyat vasitələrinin satışı üzrə növbəti hərrac keçiriləcək.
Hərraca çıxarılacaq avtomobillər arasında Sumqayıt Apellyasiya Məhkəməsinin balansında olan 2008-ci il istehsalı HYUNDAI H-1 mikroavtobusu da yer alıb.
10 AO 906 dövlət qeydiyyat nişanlı avtomobilin ilkin satış qiyməti 7 500 manat, beh məbləği isə 750 manatdır.
Hərrac 13 oktyabr saat 10:00-da keçiriləcək.
Əlaqəli şəxs: Samir Hüseynov – 050 310 22 42.
Bu gün, 09:00
9