
“Sumqayıt” Premyer Liqanın III turunda doğma meydanda “Qarabağ”a 0:1 hesabı ilə məğlub olub.
Sumqayit.tv xəbər verir ki, oyundan sonra “Sumqayıt”ın baş məşqçisi Filipe Kandido nəticədən narazı qaldığını, lakin komandanın oyun planında irəliləyiş gördüyünü bildirib. O, mövsüm ərzində daha yaxşı komanda quracaqlarına inandığını deyib.
“Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov isə azlıqda qalmasına baxmayaraq komandasının vacib 3 xal qazandığını vurğulayıb. O, Kadi Borqesin qırmızı vərəqə aldığı epizodda futbolçunun emosiyalarına nəzarət edə bilmədiyini qeyd edib.
Dünən, 23:59
7