
Sumqayıt şəhərinin Corat bağları ərazisində fərdi yaşayış evində yanğın baş verib.
Sumqayit.tv Report-a istinadən xəbər verir ki, hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətinin canlı qüvvəsi və texnikaları cəlb olunub.
Yanğın qısa müddətdə söndürülüb və alovun ətrafdakı evlərə keçməsinin qarşısı alınıb.
İlkin məlumata görə, yanğının ev sahibinin oğlu tərəfindən törədildiyi bildirilir. Şəxsin polis əməkdaşları tərəfindən hadisə yerində saxlanıldığı qeyd olunur.
Hazırda hadisənin təfərrüatları və yanğının dəqiq səbəbləri araşdırılır.



Bu gün, 01:25
6