
Sumqayıtda 45 yaşlı kişi kimyəvi məhluldan zəhərlənərək həyatını itirib.
Hadisə Xəzər bağları yaşayış massivində baş verib. 1981-ci il təvəllüdlü Samir İsrayılov ağır vəziyyətdə Sumqayıt Şəhər Təcili Tibbi Yardım Xəstəxanasına çatdırılıb.
Kimyəvi məhluldan zəhərləndiyi ehtimal edilən şəxs daha sonra Bakıdakı xəstəxanalardan birinə köçürülüb. Lakin həkimlərin səylərinə baxmayaraq, onun həyatını xilas etmək mümkün olmayıb.
Hadisənin səbəbləri araşdırılır.
Mənbə: Report.az
Bu gün, 12:03
9