
Sumqayıt şəhərinin Yaşıl Dərə yaşayış massivində ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
Sumqayit.tv xəbər verir ki, hərəkətdə olan avtomobil yolu keçən 1980-ci il təvəllüdlü Gülnarə Rafiq qızı Süleymanovanı vurub.
Qadın aldığı ağır xəsarətlər nəticəsində hadisə yerində həyatını itirib.
Hadisə yerinə hüquq-mühafizə orqanlarının və aidiyyəti xidmətlərin əməkdaşları cəlb olunub.
Faktla bağlı araşdırma aparılır.
Mənbə: Report.az
Bu gün, 13:44
11