
Azərbaycanda həkimlərin əməkhaqlarında əhəmiyyətli artımlar nəzərdə tutulub.
Sumqayit.tv xəbər verir ki, bunu TƏBİB-in icraçı direktoru Anar Bayramov sentyabrın 2-də keçirilən mətbuat konfransında açıqlayıb.
İlkin səhiyyə xidmətində çalışan ailə və sahə həkimlərinin aylıq əməkhaqqı 1 150 manatdan 2 000 manata yüksəldiləcək. Bu, 74 faiz artım deməkdir.
Təcili tibbi yardım xidmətində çalışan həkimlərin də maaşları artırılacaq:
Regionlarda kadr çatışmazlığının aradan qaldırılması məqsədilə bəzi ixtisaslar üzrə əlavə artımlar da tətbiq olunacaq.
Belə ki, Bakı, Abşeron, Sumqayıt və Gəncə istisna olmaqla digər şəhər və rayonlarda:
TƏBİB bildirir ki, əməkhaqqı artımları vəzifə, ixtisas, iş yükü, fəaliyyət göstəriciləri və regionlarda kadr təminatı nəzərə alınmaqla diferensiallaşdırılacaq.
Mənbə: AzərTAC
Bu gün, 12:17
17