İyunda 40 dərəcə isti olacaq - Aylıq hava proqnozu

İyun ayında havanın orta aylıq temperaturunun iqlim normasına yaxın, bəzi yerlərdə isə normadan 2-4 dərəcə yüksək olacağı gözlənilir.
 
Milli Hidrometeorologiya Xidmətindən Sumqayit.tv-yə verilən məlumata görə, aylıq yağıntının miqdarının iqlim normasına yaxın, Naxçıvan MR-də, Şərqi Zəngəzur və Qarabağ bölgəsində, Qazax-Gəncə, Mərkəzi-Aran rayonlarında isə bir qədər az olacağı ehtimal olunur.
 
Birinci ongünlüyün birinci yarısında hava şəraitinin sabit, yağmursuz keçəcəyi gözlənilir. Lakin gündüzlər bəzi dağlıq ərazilərdə lokal qısamüddətli yağış yağacağı ehtimalı var. Havanın temperaturu günü-gündən yüksələcək.
 
Bakıda və Abşeron yarımadasında havanın orta aylıq temperaturunun 23-26 dərəcə isti olacağı gözlənilir ki, bu da iqlim normasına yaxın və bir qədər yüksəkdir. Gecələr havanın temperaturu 19-24 dərəcə isti , gündüzlər 29-34 dərəcə isti, bəzi günlərdə 36-39 dərəcə isti olacağı gözlənilir. Aylıq yağıntının miqdarı iqlim normasına yaxın olacağı gözlənilir (norma 9-12 mm).
 
Naxçıvan Muxtar Respublikasında havanın orta aylıq temperaturunun 22-26 dərəcə isti olacağı gözlənilir ki, bu da iqlim normasına yaxın və bir qədər yüksəkdir. Gecələr havanın temperaturu 19-24 dərəcə isti, gündüzlər 29-34 dərəcə isti, bəzi günlərdə 36-40 dərəcə isti olacağı gözlənilir. Aylıq yağıntının miqdarı iqlim normasına yaxın, bəzi yerlərdə isə bir qədər az olacağı gözlənilir (norma 21-35 mm).
Xankəndi, Şuşa, Xocalı, Xocavənd, Qubadlı, Zəngilan, Laçın, Kəlbəcər, Daşkəsən, Gədəbəy rayonlarında havanın orta aylıq temperaturunun 16-19 dərəcə isti olacağı gözlənilir ki, bu da iqlim norması daxilindədir. Gecələr havanın temperaturu 13-18 dərəcə isti, gündüzlər 19-24 dərəcə isti, bəzi günlərdə 27-32 dərəcə isti olacağı gözlənilir. Aylıq yağıntının miqdarı iqlim normasına yaxın, bəzi yerlərdə isə bir qədər az olacağı gözlənilir (norma 74-130 mm).
 
Qazax, Gəncə, Goranboy, Tərtər, Ağdam, Füzuli, Cəbrayıl rayonlarında havanın orta aylıq temperaturunun 23-26 dərəcə isti olacağı gözlənilir ki, bu da iqlim normasına yaxın və bir qədər yüksəkdir. Gecələr havanın temperaturu 18-23 dərəcə isti, gündüzlər 27-32 dərəcə isti, bəzi günlərdə 35-38 dərəcə isti olacağı gözlənilir. Aylıq yağıntının miqdarı iqlim normasına yaxın, bəzi yerlərdə isə bir qədər az olacağı gözlənilir (norma 46-63 mm).
 
Balakən, Zaqatala, Qax, Şəki, Oğuz, Qəbələ, İsmayıllı, Ağsu, Şamaxı, Siyəzən, Şabran, Xızı, Quba, Xaçmaz, Qusar rayonlarında havanın orta aylıq temperaturunun 20-24 dərəcə isti olacağı gözlənilir ki, bu da iqlim normasına yaxın və bir qədər yüksəkdir. Gecələr havanın temperaturu 17-22 dərəcə isti, gündüzlər 24-29 dərəcə isti, bəzi günlərdə 33-38 dərəcə isti olacağı gözlənilir. Aylıq yağıntının miqdarı iqlim normasına yaxın olacağı gözlənilir (norma 18-179 mm).
 
Mərkəzi-Aran: Mingəçevir, Yevlax, Göyçay, Ağdaş, Kürdəmir, İmişli, Ağcabədi, Beyləqan, Sabirabad, Biləsuvar, Saatlı, Şirvan, Hacıqabul, Salyan, Neftçala rayonlarında havanın orta aylıq temperaturunun 24-27 dərəcə isti olacağı gözlənilir ki, bu da iqlim normasına yaxın və bir qədər yüksəkdir. Gecələr havanın temperaturu gecə 19-24 dərəcə isti, gündüzlər 29-34 dərəcə isti, bəzi günlərdə 37-40 dərəcə isti olacağı gözlənilir. Aylıq yağıntının miqdarı iqlim normasına yaxın, bəzi yerlərdə isə bir qədər az olacağı gözlənilir (norma 12-49 mm).
 
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara rayonlarında havanın orta aylıq temperaturunun 20-25 dərəcə isti olacağı gözlənilir ki, bu da iqlim normasına yaxın və bir qədər yüksəkdir. Gecələr havanın temperaturu 18-23 dərəcə isti, gündüzlər 25-30 dərəcə isti, bəzi günlərdə 35 dərəcə isti olacağı gözlənilir. Aylıq yağıntının miqdarı iqlim normasına yaxın olacağı gözlənilir (norma 29-47 mm).
 

31-05-2022, 17:34 887

Digər xəbərlər

Sumqayıtlı məktəbli Azərbaycan fizika tarixində ilkə imza atdı

Sumqayıt deputatlarından diqqətçəkən etiraf: Kimə səs veriblər

Borçalı mahalının hörmətli ağbirçəyi Xeyransa Kərimovanın vəfatı ilə bağlı BAŞSAĞLIĞI

Sabah Sumqayıt çimərliklərində dəniz suyunun temperaturu 25 dərəcəyə çatacaq

Qəbul imtahanında 12 abituriyent mobil telefona görə imtahandan kənarlaşdırıldı

Bağçalara qəbul davam edir: Bu il tətbiq olunan yeniliklər açıqlandı

Argentina İsveçrəni məğlub edərək DÇ-2026-nın yarımfinalına yüksəldi

Bu gün I və IV ixtisas qrupları üzrə qəbul imtahanı keçirilir

"Murov Qartalı" Raquf Orucovun doğum günüdür

Tovuz döyüşlərindən 6 il ötür – Zəfərə aparan yolun başlanğıcı

DÇ-2026: Bu gecə son yarımfinalçılar müəyyənləşəcək

Sumqayıtda piyadanı vuran sürücü daha sonra başqa avtomobilə çırpıldı-VİDEO

Bakı–Sumqayıt yolunda minik avtomobili avtobusa çırpılıb

Sabah 38 dərəcəyədək isti gözlənilir

Sumqayıt Dövlət Universiteti tarixində ilk: SABAH-ın ilk məzunları diplom aldı

İlk Azərbaycan–Norveç lüğəti oxucuların istifadəsinə təqdim olunur

Əli Xameneinin dəfn olunduğu türbədən ilk görüntü yayıldı

İspaniya Belçikanı məğlub edərək DÇ-2026-nın yarımfinalına yüksəldi

Sumqayıt TV-nin gündəmə gətirdiyi su problemi həll olundu

Sumqayıtda mərasim evi sakinlərin etirazına səbəb olub-VİDEO

1 2 3 4 5 6 7 8 9 10 ... 1079
Dünən, 21:52
Dünən, 21:16
Dünən, 16:48
Dünən, 14:53
Dünən, 14:49
Dünən, 14:47
Dünən, 12:46
Dünən, 09:30
Dünən, 05:49
Dünən, 00:16
11-07-2026, 15:01
11-07-2026, 14:09
11-07-2026, 14:07
11-07-2026, 13:00
11-07-2026, 12:35
11-07-2026, 11:21
11-07-2026, 01:11
11-07-2026, 01:06
10-07-2026, 21:32
10-07-2026, 20:55
10-07-2026, 18:49
10-07-2026, 16:51
10-07-2026, 16:48
10-07-2026, 13:49
10-07-2026, 13:10
10-07-2026, 13:05
10-07-2026, 13:04
10-07-2026, 12:55
10-07-2026, 12:39
10-07-2026, 12:33
9-07-2026, 20:59
9-07-2026, 19:38
9-07-2026, 18:42
9-07-2026, 18:32
9-07-2026, 16:34
9-07-2026, 15:57
9-07-2026, 15:32
9-07-2026, 14:46
9-07-2026, 14:43
9-07-2026, 13:54
1 2 3 4 5 6 7 8 9 10 ... 1079