Prezident Vladimir Putin Rusiya ordusuna iyunun 1-dən iyulun 1-dək Luqansk və Donetsk vilayətlərinin inzibati sərhədlərinə çatmağı tapşırıb.
Sumqayit.tv xəbər verir ki, bu barədə Ukrayna mətbuatı məlumat yayıb.
Kremlin planlarında əsas hədəf bütün Luqansk vilayətinin ələ keçirilməsidir. Donetskdə vəziyyət daha çətin olduğundan bu ərazilərin tutulması üçün iyulun 1-nə qədər vaxt təyin edildiyi bildirilib.
Məlumata görə, Rusiya Donbassın bütün ərazisini eyni vaxtda ələ keçirməkdən imtina edib.