Bakıda “Mədəniyyət naminə sülh” qlobal kampaniyasının Tərəfdaşlar Forumu keçirilir


Məlum olduğu kimi, bu ilin aprel ayında Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi tərəfindən “Mədəniyyət naminə sülh” (Peace4Culture) adlı qlobal kampaniya irəli sürülüb. Yeni platforma mədəni irsin qorunması, dinc və dayanıqlı sülhsevər cəmiyyətlərin qurulması və beynəlxalq sülh sistemlərinin gücləndirilməsi, eləcə də sülhün əldə olunmasında mədəniyyətin rolu ilə yanaşı, mədəniyyətin inkişafında sülhün rolunun öyrənilməsi məqsədi daşıyır. Artıq ötən dövr ərzində bir sıra beynəlxalq təşkilat və ölkələrdən bu layihəyə dəstək ifadə olunub.

Dekabrın 2-də ADA Universitetində “Mədəniyyət naminə sülh” qlobal kampaniyasının Tərəfdaşlar Forumu (“Peace4Culture” Partners Forum) keçirildi.
BMT-nin Sivilizasiyalar Alyansı, İslam Dünyası Təhsil, Elm və Mədəniyyət Təşkilatı – İCESCO, ADA Universiteti və Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin birgə təşkil etdiyi tədbirdə dövlət rəsmiləri, bir sıra beynəlxalq təşkilatların və sülhün təşviqi üzrə ixtisaslaşmış institutların, diplomatik korpusun rəhbər şəxsləri və nümayəndələri iştirak edirdi.
ADA Universitetinin prorektoru Vafa Kazdal rektor, professor Hafiz Paşayevin adından forum iştirakçılarını salamladı. O, belə bir foruma ev sahibliyi etməkdən böyük qürur hissi keçirdiklərini bildirərək qeyd etdi ki, bu tədbir ADA Universitetinin dünya miqyasında sülhün, əmin-ananlığın qorunmasında üzərinə götürdüyü öhdəçilikdən xəbər verir.
Mədəniyyət Nazirliyi Media və kommunikasiya şöbəsinin müdiri Məryəm Qafarzadə çıxış edərək “Mədəniyyət naminə sülh” kampaniyası haqqında məlumat verdi. Bildirdi ki, mədəniyyət üçün sülh vacib məfhumdur.
Şöbə müdiri tədbirin proqramı haqqında məlumat verdikdən sonra forum plenar iclaslarla işini davam etdirdi.
“Yalnız mədəniyyətin sülh üçün nə edə biləcəyini deyil, sülhün də mədəniyyət üçün nə edə biləcəyini düşünək” adlı birinci plenar sessiya Mədəniyyət Nazirliyinin Aparat rəhbəri, “Mədəniyyət naminə sülh” qlobal kampaniyası İşçi Qrupunun rəhbəri Vasif Eyvazzadənin moderatorluğu ilə gerçəkləşdi.
 
Regionda mədəni tərəfdaşlıq da vacibdir
Azərbaycan Respublikası Prezidentinin köməkçisi – Prezident Administrasiyası Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev çıxış edərək bildirdi ki, 44 günlük Vətən müharibəsi Azərbaycanın Qələbəsi ilə başa çatdı. Bu Qələbə Cənubi Qafqaz üçün böyük imkanlar yaratdı: “Məqsədimiz dayanıqlı sülhü təşviq etməkdir. Təkcə ticarət yolları deyil, mədəni tərəfdaşlıq da əsasdır. Azərbaycanın işğal altında olan ərazilərində mədəni irsimiz dağıdılaraq məhv edilib. 30 il müddətində biz BMT və UNESCO-nu bu işə cəlb etmişdik və bu müddətdə UNESCO-nun bu ərazilərə səfərini gözlədik ki, bu təşkilat mədəni irsimizə qarşı törədilən vəhşiliyi beynəlxalq aləmə göstərsin. Bu gün Azərbaycan UNESCO İcraiyyə Şurasına seçilməklə bir daha etibarını göstərdi”.
Hikmət Hacıyev Azərbaycanın işğaldan azad olunmuş ərazilərinə səfər etdiyinə görə İCESCO-nun Baş direktoruna təşəkkürünü bildirdi: “Biz Azərbaycanın əsrlərlə yaratdığı digər xalqlara hörmət təcrübəsini paylaşmaq istəyirik. Bu mənada “Mədəniyyət naminə sülh” platforması çox vacib əhəmiyyət daşıyır”.
Daha sonra BMT-nin Sivilizasiyalar Alyansı üzrə ali nümayəndəsi Migel Angel Moratinosun videomüraciəti dinlənildi. Ali nümayəndə Sivilizasiyalar Alyansı ilə Azərbaycanın əlaqələri haqqında fikirlərini bölüşdü. Diqqətə çatdırdı ki, Azərbaycan Mədəniyyət Nazirliyinin bu təşəbbüsü alyansın missiyasına uyğundur: “Bu təşəbbüs davamlı sülh üçün vacib elementləri özündə cəm edir. Müxtəlif mədəniyyətlər arasında anlaşma yaradaraq sülhü təbliğ edir. Bu təşəbbüsü həyata keçirmək üçün əl-ələ verərək çalışmalıyıq”.
 
“Mədəniyyətin sülhü təşviq edə biləcəyinə inanırıq”
Tədbirdə çıxış edən mədəniyyət naziri Anar Kərimov qonaqları salamlayaraq nazirliyin “Mədəniyyət naminə sülh” təşəbbüsünü doğuran əsaslardan söz açdı: “Biz işğaldan azad olunmuş ərazilərimizə gedən zaman Ermənistan tərəfindən sosial infrastruktura, mədəni mirasımıza qarşı həyata keçirilən vandalizm və talançılığın miqyasını tam şəkildə görə bildik. Başa düşdük ki, bu dağıdılmış infrastrukturu bərpa etmək üçün bizə dayanıqlı sülh lazımdır. Bu səbəbdən də Mədəniyyət Nazirliyi sülhü təşviq etmək yeni təşəbbüslə çıxış etdi”.
Sülh və mədəniyyət arasında mühüm qarşılıqlı əlaqənin olduğunu bildirən Anar Kərimov qeyd etdi ki, mədəniyyətin yenidən çiçəklənməsi üçün sülh vacib amildir: “Burada həm də münasibətlərin dirçəlişindən söhbət gedir. İkinci vacib element mədəniyyətin rolunu vurğulamaqdır. Üçüncü element budur ki, Azərbaycan bütün problemlərə rəğmən etnik və mədəni təmizlənməyə baxmayaraq hələ də mədəniyyətin sülhü təşviq edə biləcəyinə inanır. Bu təşəbbüs bölgədə dayanıqlı sülhə yol aça bilər. Azərbaycan uzunmüddətli sülh proqramının qurulmasına cəhd göstərir. 2008-ci ildə bünövrəsi qoyulan “Bakı Prosesi” Azərbaycan Prezidenti İlham Əliyevin bütün dünyaya dialoqu təşviq etmək məqsədi daşıyırdı. Bu təşəbbüs böyük qlobal platformaya çevrilə bildi”.
Nazir qeyd etdi ki, “Mədəniyyət naminə sülh” platforması bəşəriyyət üçün yeni imkanlar yarada bilər: “Bu təşəbbüsün nəticə verməsi üçün praktiki fəaliyyətlər haqqında düşünürük və artıq işlər tədbirlər planı halına çevrilir. 2022–2027-ci illər üçün nəzərdə tutulan tədbirlər planında 6 istiqamət üzrə fəaliyyət nəzərdə tutulub. Mədəniyyət dili sühə yol açmaq üçün ən gözəl ideyadır və biz bu imkanlardan istifadə edəcəyik. Beynəlxalq tərəfdaşları bu təşəbbüsləri dəstəkləməyə çağırır və forumun işinə uğurlar arzulayıram”.

* * *

Foruma videoformatda qoşulan İCESCO-nun Baş direktoru Salim bin Məhəmməd əl-Malik qlobal təşəbbüsə görə Azərbaycan hökumətinə minnətdarlığını bildirdi. Qeyd etdi ki, cəmiyyət olaraq dünyaya sülh toxumları əkilməlidir və mədəniyyətin inkişafı bundan asılıdır. “Azərbaycan Mədəniyyət Nazirliyinin bu ideyası sülh üçün yeni davranışları təşviq edir və biz bu təşəbbüsü dəstəkləyirik. Sülhü qorumaq missiyası çox vacibdir. Mədəniyyət anlamı isə bütün insanları bir araya gətirəcək məfhumdur. İnanıram ki, Azərbaycan bu təşəbbüslə qlobal sülhə öz töhfələrini verəcək”, – deyə Baş direktor bildirdi.  
Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondunun prezidenti Günay Əfəndiyeva Türk dünyası mədəniyyətinin təbliği və təşviqinin əhəmiyyətini qeyd etdi, fondun bu istiqamətdə həyata keçirdiyi layihələrdən söz açdı.
Etnik Anlaşma Fondunun (ABŞ) prezidenti Ravin Mark Şnayer Prezident İlham Əliyevin multikultiral dəyərlərə diqqətini xüsusi vurğuladı. Bildirdi ki, Azərbaycanın uğurları onları çox sevindirir: “Bu gün dünyada 57 yəhudi icmasının ən böyüyü Azərbaycanda fəaliyyət göstərir. Müxtəlif dinlərin və mədəniyyətlərin nümayəndələrinin bu ölkədə sülh şəraitində yaşaması gözəl nümunədir və biz bu şəraitə görə minnətdarlığımızı bildiririk”.
KAİCİİD Beynəlxalq Dinlərarası və Mədəniyyətlərarası Dialoq Mərkəzi (Avstraliya) baş katibinin müavini Elham Alşeyni forumun təşkilatçılarına minnətdarlığını bildirərək buradakı müzakirələrin regionda sülhü bərqərar edəcəyinə ümidvar olduğunu vurğuladı. O, rəhbəri olduğu mərkəzin bu təşəbbüsü dəstəklədiyini qeyd etdi.
Dünya şöhrətli Azərbaycan əsilli fotojurnalist Rza Diqqəti (Fransa) bildirdi ki bəşəriyyətdə baş verən müharibə, vəhşilik və qətlləri çəkib ictimaiyyətə nümayiş etməklə insanları sülhə təşviq edə bilərik: “İnsanlara sülhü bəzən şəkil dili ilə də təşviq etmək lazım gəlir. 1992-ci ildə Ermənistanın Xocalıda törətdiyi soyqırımı və ötən il Gəncəyə raket hücumları zamanı lentə aldığım kadrların beynəlxalq aləmdə nümayişi bəşəriyyəti sülhə səsləməklə bərabər, həqiqətləri bəyan etmək baxımından əhəmiyyətli idi”.
Panel iclasın sonunda çıxışçılar sualları cavablandırdılar. Forum işini günün ikinci yarısında növbəti panel sessiya ilə davam etdirdi.




2-12-2021, 17:50 195

Digər xəbərlər

Dünyanın ən səxavətli kişisi – Bir zamanlar saqqız satan Baffetin 41 milyardlıq ianəsi

Milyonlarla pulu ölkəyə qaytarmayanlar saxlanılıb – Adlar

"Eyforiyaya qapılıb, avrokuboklara gedəcəyimizi desəm doğru olmaz"

Eyni dərsi 20 il eyni cür keçən müəllimin qarşısında tələblər qoyanda çətinliklərimiz yaranır

Sumqayıtda 45 yaşlı kişi sirkə turşusundan zəhərlənərək ölüb

Sumqayıtda hamilə qadın qəfil vəfat etdi

Qaz limitində DƏYİŞİKLİK OLACAQ? - Vacib məlumat verildi

Sumqayıtda antisanitariya: "Zibil qabları günlərlə daşınmır" - FOTO

SON DƏQİQƏ! Aktrisa sumqayıtlı xanım prodüseri tutdurdu

Qurdqalaq kənd icmasının üzvləri ata-baba yurdlarından departasiya olunmalarının 36-cı il dönümünü qeyd etdilər-Fotolar

Başsağlığı

"Vaşinqton Ermənistana daha isti münasibət bəsləyir" - ŞƏRH EDİLDİ

“Sumqayıtın inkişafında Qərbi azərbaycanlıların iştirakı” mövzusunda tədbir keçirilib-FOTO

İlham Əliyev Sumqayıtın inkişafında xidmətə görə bir qrup şəxsi təltif etdi

Bakı-Sumqayıt qatarlarının müvəqqəti ləğv edilmiş reysləri bərpa olunur

Zakir Fərəcov Şəhər Günündəsəyyar qəbul keçirdi – FOTO

Sumqayıt Məhkəməsi avtоmоbilini təmir edən ustanı döyən şəxsin cəzasını azaltdı

50 milyonluq qızıl QALMAQALI: azərbaycanlı iş adamı AXTARILIR

DYP-dən sürücülərə MÜRACİƏT

Şahlar Əsgərovdan Ramiz Mehdiyevə ŞOK İTTİHAMLAR - Sirləri açdı!

1 2 3 4 5 6 7 8 9 10 ... 904
Dünən, 13:29
Dünən, 13:18
Dünən, 12:53
Dünən, 12:50
Dünən, 11:30
Dünən, 11:24
Dünən, 11:04
Dünən, 11:02
25-11-2024, 20:23
25-11-2024, 19:13
25-11-2024, 18:45
25-11-2024, 17:23
23-11-2024, 17:05
23-11-2024, 16:33
22-11-2024, 18:05
22-11-2024, 17:37
22-11-2024, 12:39
22-11-2024, 12:32
22-11-2024, 11:50
22-11-2024, 11:41
22-11-2024, 11:34
22-11-2024, 11:31
22-11-2024, 10:24
22-11-2024, 10:10
22-11-2024, 10:00
22-11-2024, 09:00
21-11-2024, 19:29
21-11-2024, 17:36
21-11-2024, 11:07
21-11-2024, 10:53
21-11-2024, 10:46
21-11-2024, 10:16
21-11-2024, 10:01
21-11-2024, 09:09
20-11-2024, 19:47
20-11-2024, 19:24
20-11-2024, 16:08
20-11-2024, 15:29
20-11-2024, 15:25
20-11-2024, 15:23
1 2 3 4 5 6 7 8 9 10 ... 904