“Gövhər" Marketdə köhnə və yeni qiymətlər arasında uyğunsuzluq – İDDİA/VİDEO

 
Sumqayıtın 9-cu mikrorayonunda yerləşən “Gövhər" marketlə bağlı diqqətçəkən görüntülər yayılıb. Sosial şəbəkələrdə paylaşılan videoda marketdə tətbiq olunan endirim kampaniyasının həqiqəti əks etdirmədiyi iddia olunur.

Sumqayit.tv-yə verilən məlumata görə, bəzi məhsulların üzərinə “endirim” etiketi vurulsa da, əslində qiymətdə heç bir real dəyişiklik edilməyib. Videoda şokalad yağının üzərində guya köhnə qiymətin 6.05 manat, yeni qiymətin isə 5.19 manat olduğu göstərilir.

Lakin həmin məhsulun elektron qiymət göstəricisinə diqqət yetirildikdə əvvəlki qiymətin də 5.19 manat olduğu aydın görünür. Bu hal alıcılarda süni endirim görüntüsü yaradılması və müştəri cəlb etmək üçün manipulyativ üsullardan istifadə edilməsi ilə bağlı iddiaları gündəmə gətirib.

Mütəxəssislər qeyd edir ki, bu kimi halların baş verməsi istehlakçı hüquqlarının pozulması ilə nəticələnə bilər və bu sahədə nəzarət mexanizmlərinin daha da gücləndirilməsinə ehtiyac yaradır.

Xüsusilə bahalaşmanın artdığı bir dövrdə belə hallar alıcıların narazılığına səbəb olur. İstehlakçılar marketlərdən daha şəffaf qiymət siyasəti və real endirim kampaniyalarının tətbiq olunmasını gözləyirlər.

Qeyd edək ki, sosial şəbəkələrdə yayılan görüntülər geniş müzakirələrə səbəb olub və istifadəçilər bu kimi hallara qarşı daha ciddi tədbirlərin görülməsini tələb edirlər.

Məsələ ilə bağlı qarşı tərəfin mövqeyini dərc etməyə hazırıq.


Bu gün, 19:34 11

Digər xəbərlər

Bu gün, 19:34
Bu gün, 19:28
Bu gün, 19:18
Bu gün, 16:26
Bu gün, 16:17
Bu gün, 12:26
Bu gün, 12:18
Bu gün, 11:56
Bu gün, 11:46
Bu gün, 09:53
Bu gün, 09:46
Bu gün, 09:19
Dünən, 22:36
Dünən, 22:32
Dünən, 19:38
Dünən, 19:25
Dünən, 19:11
Dünən, 17:59
Dünən, 16:39
Dünən, 16:27
Dünən, 16:23
Dünən, 15:17
Dünən, 14:45
Dünən, 14:39
Dünən, 14:31
Dünən, 14:29
Dünən, 13:21
Dünən, 10:02
21-04-2026, 18:51
21-04-2026, 18:18
21-04-2026, 18:12
21-04-2026, 17:41
21-04-2026, 15:09
21-04-2026, 14:16
21-04-2026, 13:49
21-04-2026, 10:51
21-04-2026, 09:58
20-04-2026, 23:24
20-04-2026, 22:50
20-04-2026, 18:22
1 2 3 4 5 6 7 8 9 10 ... 1043