
Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyində (TƏBİB) kadr dəyişiklikləri baş verib.
Sumqayit.tv Lent.az-a istinadən xəbər verir ki, Nərimanov Tibb Mərkəzinin direktoru Fazil Alməmmədov və Bakı Şəhər Baş Səhiyyə İdarəsinin rəisi Elçin Əmirov vəzifələrindən azad ediliblər.
Məlumata görə, bununla bağlı TƏBİB-in icraçı direktoru Anar Bayramov tərəfindən müvafiq əmrlər imzalanıb.
Qeyd edək ki, indiyədək TƏBİB sistemində 10-dan çox vəzifəli şəxsin işdən azad edildiyi bildirilir.
Bu gün, 19:38
12