
Sumqayıt şəhərinin 16-cı mikrorayon ərazisində yerləşən avtobus dayanacağı yararsız vəziyyətə düşüb.
Sumqayit.tv-yə sakinlərin bildirdiyinə görə, dayanacağın şüşələri sındırılıb, oturacaqları pas içindədir və istifadə üçün yararsız hala düşüb. Bildirilir ki, dayanacağın metal dirəkləri də korroziyaya uğrayıb və güclü külək zamanı konstruksiya yerindən tərpənir.
Vətəndaşlar qeyd edir ki, mövcud vəziyyət sərnişinlər üçün ciddi təhlükə yaradır və hər an xoşagəlməz hadisə baş verə bilər.
Onlar aidiyyəti qurumlara dəfələrlə müraciət etdiklərini, lakin problemin hələ də həll olunmadığını bildirirlər.
Sakinlər ərazidə təhlükəsiz və müasir avtobus dayanacağının quraşdırılmasını tələb edirlər.
VİDEO LİNK: (49)Sumqayıt şəhərinin 16-cı mikrorayon ərazisində yerləşən avtobus dayana... | TikTok
Bu gün, 15:17
12