Müdafiə Nazirliyində növbəti rüşvət QALMAQALI

Bakı Hərbi Məhkəməsində hakim Anar Rzayevin sədrliyi Müdafiə Nazirliyinin Mərkəzi hərbi həkim komissiyasının sabiq rəisi Rasim Əlövsət oğlu Həsənovun cinayət işi üzrə məhkəmə prosesi başlayıb. Musavat.com xəbər verir ki, ötən prosesdə təqsirləndirilən şəxsin anket məlumatları dəqiqləşdirilib. Daha sonra təqsirləndirilən şəxsin vəkili Sabir Abdinov vəsatət verib.

O, bildirib ki, müvəkkilinin 4500 manat rüşvət almaqdan ittiham olunduğu hissə ümumi ittihamdan xaric olunmalıdır. Rasim Həsənov həmin vaxt Müdafiə Nazirliyinin Mərkəzi hərbi həkim komissiyasının nə rəisi, nə də komissiyanın üzvü olub. Həmçinin müvəkkilinin himayəsində azyaşlı övladı olduğunu, bu səbəbdən onun ev dustaqlığına buraxılmasını xahiş edib. Dövlət ittihamçısı ev dustaqlığı vəsatətinin təmin edilməməsini, digər vəsatətin isə məhkəmə baxış iclasında baxılmalı olduğunu deyib. Məhkəmə ev dustaqlığı vəsatəti təmin etməyib.

Qeyd edək ki, Rasim Həsənovun Müdafiə Nazirliyinin Mərkəzi hərbi həkim komissiyasının rəisi vəzifələrində işlədiyi dövrdə vətəndaşlardan müxtəlif məbləğlərdə rüşvət alması və digər qanunsuz əməllərə yol verməsi barədə Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində başlanmış cinayət işinin istintaqı yekunlaşdırılıb. İbtidai istintaqla Rasim Həsənovun 2021-2025-ci illərdə sözügedən vəzifələrdə işləyərkən vəzifə səlahiyyətlərindən sui-istifadə etməklə ona müraciət etmiş hərbi qulluqçuların şəhadətləndirilərək tərxis olunmaları üçün ayrı-ayrı şəxslərdən müxtəlif məbləğlərdə pul vəsaitini rüşvət qismində təkrarən almasına və vəzifə saxtakarlığı törətməsinə əsaslı şübhələr müəyyən edilib. Toplanmış sübutlar əsasında Rasim Həsənova Cinayət Məcəlləsinin 311.3.2, 311.3.3 (təkrarən külli miqdarda rüşvət alma), 313 (vəzifə saxtakarlığı) və 341.2.3-cü (ağır nəticələrə səbəb olan vəzifə səlahiyyətlərindən sui-istifadə etmə) maddələri ilə ittiham elan edilməklə barəsində istintaq orqanının vəsatəti və ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurorun təqdimatı əsasında məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib. /Musavat.com


23-04-2026, 16:17 318

Digər xəbərlər

İzmirdə Milli Qurtuluş Günü və Şuşa Bəyannaməsi qeyd olundu

Sumqayıtda oğurluq edən qadın polisə yaxalandı

15 İyun: Müstəqil Azərbaycanın taleyini dəyişən dönüş nöqtəsi

Sumqayıtda Qurd dərəsi adlanan ərazidə ev yanıb

Prezidentdən son dəqiqə Zəngəzur dəhlizi ilə bağlı AÇIQLAMA

Ölkə üzrə Milli Qurtuluş Günü qeyd olunur

Sumqayıtda baxımsız qalan ərazi tülkülərin məskəninə çevrilib?-VİDEO

Heydər Əliyevin qayıdışı və Azərbaycanın qurtuluş missiyası

Sumqayıtda Milli Qurtuluş Gününə həsr olunmuş tədbir keçirilib-FOTOTLAR

Sumqayıtda “Qurtuluş Kuboku – 2026” minifutbol turniri başa çatıb-FOTOLAR

Sumqayıtda kanalizasiya daşdı: Sakinlər 3 gündür kömək gözləyir-VİDEO

Brianna Freyzer Sumqayıtda keçiriləcək Dünya Seriyasını buraxacaq

Qara Kölgə – Arif Ərşadın hekayəsi

"Sumqayıt"ın futbolçusu 6-9 ay yaşıl meydanlardan kənarda qalacaq

TƏBİB: 31 əməkdaş intizam məsuliyyətinə cəlb edilib

DÇ-2026: Braziliya və Türkiyə ilk oyununa çıxır – Günün proqramı açıqlandı

Atadan şok açıqlama: Oğlum küçə itlərinin hücumuna məruz qaldı

Sumqayıtda və bəzi rayonlarda ehsan süfrələri ləğv edildi - YENİ QAYDALAR

Milli Qurtuluşdan müasir zəfərlərə: Mingəçevirdə Ulu Öndər Heydər Əliyevin siyasi irsinə həsr olunan konfrans keçirilib-FOTOLAR

Zakir Fərəcov 13-cü mikrorayonda sakinlərlə səyyar qəbul keçirib-FOTO/VİDEO

1 2 3 4 5 6 7 8 9 10 ... 1063
Bu gün, 01:40
Dünən, 19:13
Dünən, 18:51
Dünən, 11:42
Dünən, 11:39
Dünən, 11:37
14-06-2026, 15:13
14-06-2026, 09:45
13-06-2026, 21:38
13-06-2026, 21:03
13-06-2026, 20:52
13-06-2026, 12:53
13-06-2026, 11:27
13-06-2026, 11:23
13-06-2026, 11:21
13-06-2026, 11:20
13-06-2026, 10:44
12-06-2026, 20:18
12-06-2026, 17:56
12-06-2026, 16:50
12-06-2026, 12:10
12-06-2026, 11:55
12-06-2026, 11:49
12-06-2026, 11:40
11-06-2026, 13:16
11-06-2026, 10:15
11-06-2026, 09:25
11-06-2026, 09:14
10-06-2026, 21:42
10-06-2026, 18:54
10-06-2026, 17:32
10-06-2026, 14:26
10-06-2026, 14:12
10-06-2026, 11:13
10-06-2026, 10:19
10-06-2026, 09:57
9-06-2026, 21:27
9-06-2026, 21:15
9-06-2026, 17:19
9-06-2026, 17:16
1 2 3 4 5 6 7 8 9 10 ... 1063