
Azərbaycanda illər əvvəl baş vermiş ağır cinayətin üstü açılıb.
Sumqayit.tv xəbər verir ki, Baş Prokurorluq və Daxili İşlər Nazirliyinin birgə məlumatına görə, 1996-cı ildə itkin düşən Gülməmməd Bayramovun qətlə yetirildiyi müəyyən olunub.
Aparılan istintaq və əməliyyat-axtarış tədbirləri nəticəsində Şahin Cəlilov və Hidayət Qafarovun qabaqcadan əlbir olaraq quldurluq məqsədilə Bayramovu öldürdüklərinə əsaslı şübhələr yaranıb.
Məlumata görə, həmin şəxslər Bakı şəhərində zərərçəkmişə müştəri kimi yaxınlaşıb, onu Suraxanı rayonu istiqamətinə apararkən avtomobildə boğaraq qətlə yetiriblər. Daha sonra cinayətin izlərini gizlətmək məqsədilə meyiti gizlədib, avtomobili isə hissələrə ayıraraq satıblar.
Şübhəlilərin ifadələri əsasında aparılan axtarış zamanı meyit qalıqları aşkar edilib.
Aprelin 22-də hər iki şəxsə ittiham elan olunub və məhkəmənin qərarı ilə barələrində həbs qətimkan tədbiri seçilib.
Faktla bağlı istintaq davam etdirilir.
Dünən, 22:36
10