
Sumqayıt şəhərinin 10-cu mikrorayonunda yerləşən “Esmanur” uşaq bağçası ilə bağlı bir sıra narazılıqlar gündəmə gəlib.
Sumqayit.TV Baku TV-yə istinadən xəbər verir ki, valideynlər bağçada uşaqlara vəd olunan qidaların verilmədiyini, menyuda göstərilən məhsulların əvəzinə daha keyfiyyətsiz ərzaqlardan istifadə olunduğunu iddia edirlər. Onların sözlərinə görə, bu vəziyyət artıq bir neçə aydır davam edir.
Valideynlər həmçinin bildiriblər ki, bağçada kamera sistemi ilə bağlı da tez-tez problemlər yaşanır. Onların iddiasına görə, hər uşaq üçün aylıq 400 manat ödəniş edilməsinə baxmayaraq, təqdim olunan xidmət həmin məbləğə uyğun deyil.
Bağçanın keçmiş tərbiyəçisi Pərvanə Ağayeva da səsləndirilən iddiaları təsdiqləyərək uşaqların qidalanması ilə bağlı müəyyən çatışmazlıqların olduğunu bildirib.
Müəssisənin müdiri İlahə Xusiyeva isə ittihamları qəbul etməyib. O, qeyd edib ki, keçmiş əməkdaş işində yol verdiyi nöqsanlara görə vəzifəsindən uzaqlaşdırılıb və səsləndirdiyi fikirlər qərəzli xarakter daşıyır.
VİDEO LİNK: Sumqayıt TV / Media Platforma (@sumqayittv) | TikTok
22-04-2026, 10:02
68