
Sumqayıt Şəhər Polis İdarəsində istintaq olunan cinayət işi üzrə axtarışda olan Elşad Adil oğlu Ələsgərov Azərbaycana ekstradisiya edilib.
Sumqayit.tv xəbər verir ki, bu barədə Baş Prokurorluq məlumat yayıb.
Bildirilib ki, Elşad Ələsgərov barəsində 15 000 manat məbləğində ziyan vurmaqla törədilmiş dələduzluq cinayətinə əsaslı şübhələr müəyyən edilib və onun barəsində təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında qərar qəbul olunub.
Məlumata görə, o, istintaqdan yayınaraq gizləndiyinə görə beynəlxalq axtarışa verilib.
Rusiya Federasiyasının Baş Prokurorluğu tərəfindən Azərbaycanın ekstradisiya vəsatəti təmin edilib və Elşad Ələsgərov Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin xüsusi konvoyu ilə ölkəyə gətirilib.
Hazırda onunla bağlı istintaq tədbirləri davam etdirilir.
Bu gün, 11:56
11