Mingəçevirdə mühəndislik inqilabı: tələbələr PUA təliminə cəlb olunur

 

 
Mingəçevir Dövlət Universiteti Türkiyənin 2 böyük Universiteti anlaşdı: Regionda PUA hazırlanacaq. Mühəndislik profilli tələbələr Türkiyəyə göndərilir.

Mingəçevir Dövlət Universiteti innovasiya yönümlü inkişaf strategiyasına uyğun olaraq pilotsuz uçuş aparatları (PUA) sahəsində beynəlxalq əməkdaşlığın genişləndirilməsi istiqamətində mühüm addım atır. Universitet bu istiqamətdə Türkiyənin aparıcı ali təhsil müəssisələri – Orta Doğu Texnik Universiteti və OSTİM Texnik Universiteti ilə əməkdaşlığa başlayır.

MDU-nun təşəbbüsü ilə irəli sürülmüş “Beynəlxalq İHA Texnologiyaları İnkişafı Layihəsi” çərçivəsində hər iki universitet tərəfindən əməkdaşlıq təklifi müsbət qarşılanıb və birgə fəaliyyətin həyata keçirilməsi ilə bağlı ilkin razılıq əldə olunub.

Əməkdaşlıq çərçivəsində tərəfdaş universitetlər layihəyə akademik heyət və tələbə səviyyəsində dəstək göstərməyə hazır olduqlarını bildiriblər. Layihədə həm əməkdaşların, həm də müvafiq sahədə potensialı olan tələbələrin iştirakının təmin edilməsi nəzərdə tutulur.

Bununla yanaşı, MDU-nun “Elektrik və elektronika mühəndisliyi”, “Sənaye mühəndisliyi”, “Kompüter mühəndisliyi”, “İnformasiya texnologiyaları”, “İnformasiya təhlükəsizliyi” və “Nəqliyyat mühəndisliyi” ixtisaslarında təhsil alan, proqrama seçilmiş tələbələr və akademik heyətin Türkiyənin adıçəkilən universitetlərində təşkil olunacaq qısamüddətli təlim və inkişaf proqramlarında iştirakı planlaşdırılır. May ayında keçirilməsi nəzərdə tutulan bu proqramlar çərçivəsində iştirakçılar PUA texnologiyaları sahəsində praktiki bilik və bacarıqlar əldə edəcəklər.

Eyni zamanda, tərəfdaş universitetlərin ixtisaslaşmış akademik heyətinin layihəyə cəlb olunması və birgə elmi-tədqiqat fəaliyyətinin təşkili nəzərdə tutulur. Bu əməkdaşlıq modeli universitetlər arasında bilik və təcrübə mübadiləsini gücləndirməklə yanaşı, regionda yüksək texnologiyaların, xüsusilə pilotsuz uçuş aparatlarının hazırlanması istiqamətində real nəticələrin əldə olunmasına zəmin yaradacaq.

MDU-nun bu təşəbbüsü universitet–sənaye–tədqiqat inteqrasiyasının gücləndirilməsi, mühəndislik təhsilinin praktik yönümlü inkişafı və regionda innovativ insan kapitalının formalaşdırılması baxımından mühüm əhəmiyyət daşıyır.

Qeyd edək ki, Mingəçevir Dövlət Universiteti son illərdə beynəlxalq tərəfdaşlıqlarını genişləndirərək tətbiqi elmi-tədqiqat və texnologiya transferi istiqamətində yeni yanaşmaların formalaşdırılmasına xüsusi önəm verir.


22-04-2026, 14:45 312

Digər xəbərlər

Dünya çempionatı futbolçuların bazar dəyərini dəyişdi – İlk 10-luq məlum oldu

SDU-dan mühüm uğur: Akkreditasiya Şurası qərarını açıqladı

Çimərliklərdə sabaha gözlənilən hava şəraiti açıqlanıb.

Respublika üzrə iyul ayının pensiya ödənişləri yekunlaşıb.

Sabah hava 39 dərəcəyədək isinəcək

Masazırda ağır cinayət işi yenidən araşdırılacaq – Apellyasiya qərarı ləğv edildi

Sumqayıtda bağlı qapı arxasında qalan sakinlər xilas edildi

Sumqayıtda evdən kişi meyiti tapıldı

Sumqayıt TV-nin gündəmə gətirdiyi problem həll olundu – 5-ci mikrorayonda küçə işıqları quraşdırıldı

Azərbaycanda elektron diplomların verilməsinə başlanıldı

Artıq "mygov" üzərindən vəkil və bank etibarnaməsi vermək mümkün olacaq

"Qurd dərəsi" sakinləri yolların bərbad vəziyyətindən şikayətçidir

Jurnalistika məzunlarının işlə təmin olunma göstəricisi açıqlandı

Emil Mustafayevdən iddialı mesaj: “Yüksək hədəflər uğrunda mübarizə aparacağıq”

Qlobal bazarda qızıl və gümüş kəskin bahalaşdı

SDU magistraturaya daha çox tələbə qəbul edəcək

Sumqayıtlı Rafael Ağayevdən atasının xatirəsinə kövrək paylaşım

Sumqayıtda dənizdə faciənin qarşısı alındı

Sumqayıtda tikinti icazəsi vədi ilə dələduzluq: İş yenidən gündəmdə

Berlin niyə Bakıya daha çox önəm verir? – İlham Əliyevin Almaniya səfərinin siyasi mesajları

1 2 3 4 5 6 7 8 9 10 ... 1086
Bu gün, 13:17
Bu gün, 13:13
Bu gün, 13:01
Bu gün, 12:41
Bu gün, 12:20
Bu gün, 12:18
Bu gün, 12:17
Bu gün, 11:00
Dünən, 22:37
Dünən, 17:11
Dünən, 17:08
Dünən, 15:46
Dünən, 14:12
Dünən, 13:27
Dünən, 13:18
Dünən, 12:31
Dünən, 11:13
Dünən, 11:11
Dünən, 11:09
Dünən, 10:17
Dünən, 10:15
Dünən, 10:00
Dünən, 07:49
Dünən, 00:45
21-07-2026, 20:50
21-07-2026, 17:00
21-07-2026, 16:49
21-07-2026, 16:47
21-07-2026, 16:00
21-07-2026, 15:01
21-07-2026, 14:56
21-07-2026, 14:44
21-07-2026, 14:36
21-07-2026, 14:34
21-07-2026, 14:31
21-07-2026, 14:25
21-07-2026, 12:48
21-07-2026, 12:44
21-07-2026, 12:38
21-07-2026, 12:05
1 2 3 4 5 6 7 8 9 10 ... 1086