
Əmək və əhalinin sosial müdafiəsi naziri Anar Əliyev bildirib ki, hazırda ölkənin bir sıra bölgələrində DOST mərkəzlərinin və filiallarının layihələndirilməsi və tikintisi davam etdirilir.
Sumqayit.tv xəbər verir ki, nazirin sözlərinə görə, bu proses Sumqayıt şəhərini də əhatə edir. Belə ki, Sumqayıtda yeni DOST mərkəzinin yaradılması istiqamətində işlər aparılır.
Qeyd olunur ki, layihənin məqsədi sosial xidmətlərin və vətəndaşlara göstərilən xidmətlərin daha əlçatan və operativ şəkildə təşkil olunmasıdır.
Bu gün, 14:39
11