Tramp Bakıdan imzasını istədiyi sazişi arxivə göndərdi

Yaxın Şərqdə son illərdə formalaşan siyasi balans yenidən ciddi sınaq qarşısındadır. 2020-ci ildə ABŞ-ın vasitəçiliyi ilə imzalanan “İbrahim sazişləri” İsrail ilə bəzi ərəb dövlətləri arasında diplomatik münasibətlərin normallaşması baxımından yeni mərhələ kimi təqdim olunurdu. Lakin regionda artan gərginliklər, xüsusilə İran ətrafında təhlükəsizlik böhranının dərinləşməsi bu prosesin gələcəyini sual altına alıb.
Musavat.com bildirir ki, “İbrahim sazişləri” ilk dəfə 2020-ci ildə ABŞ-ın vasitəçiliyi ilə İsrail, Birləşmiş Ərəb Əmirlikləri, Bəhreyn və Mərakeş arasında imzalanıb. Daha sonra Sudan və Misir də sənədə qoşulmuşdu.
Picture background

İlk baxışdan “İbrahim sazişləri” Yaxın Şərqdə uzun illər davam edən düşmənçilik mühitini yumşaltmalı, iqtisadi və siyasi əməkdaşlıq üçün yeni imkanlar açmalı idi. BƏƏ, Bəhreyn və digər bəzi ölkələrin İsraillə münasibətləri normallaşdırması bu layihənin əsas uğur nümunələri sayılırdı. Lakin regionda təhlükəsizlik gündəliyinin dəyişməsi bu xətti arxa İran ətrafında baş verən hərbi-siyasi gərginliklər və İsrail–İran qarşıdurmasının kəskinləşməsi region dövlətlərini daha ehtiyatlı mövqeyə çəkdi. Diplomatik yaxınlaşma əvəzinə təhlükəsizlik narahatlıqları ön plana çıxdı. Nəticə etibarilə, “İbrahim sazişləri” formal olaraq qüvvədə qalsa da, onun genişlənmə dinamikası zəifləyib. Analitiklərin fikrincə, bu sənəd artıq əvvəlki kimi “siyasi normallaşma layihəsi” kimi deyil, daha çox məhdud çərçivəli və ehtiyatlı diplomatik format kimi qiymətləndirilir.
Qərb analitikləri hesab edirdilər ki, Azərbaycanın “İbrahim sazişləri”nə qoşulması regional sabitliyə mühüm töhfə verə, həm siyasi, həm iqtisadi əməkdaşlıq imkanlarını genişləndirə, həm də ABŞ-nin Cənubi Qafqaz-Mərkəzi Asiya xəttində təsirini artıra bilər. Onların qənaətinə görə, Qazaxıstan, Azərbaycan və Özbəkistanın mümkün iştirakı müsəlman ölkələrinin İsraillə diplomatik münasibətlərini genişləndirməsi üçün təhlükəsiz model yarada bilərdi. Beləliklə, İran ətrafında yaranan müharibə və gərginliklər “İbrahim sazişləri”ni hüquqi olaraq arxivə göndərməsə də, onun siyasi təsir gücünü ciddi şəkildə azaldıb.
Deputat Asim Mollazadə isə Musavat.com-a bildirib ki, əksinə, sazişlə bağlı proses davam edəcək və imzalanması aktualdır: “Fərqli dinlər arasında əməkdaşlığa həsr olunan, bu istiqamətdə bölgədə sülh, əmin-amanlıq yaradan sazişlərin yaxşı gələcəyi var. Onları müharibələrlə məhv etmək mümkün deyil. Azərbaycanın min illərlə formalaşan xüsusiyyəti var - bütün dinlərə hörmət, qarşılıqlı əməkdaşlıq. Ona görə də bu saziş kifayət qədər perspektivi olan layihədir”. A.Mollazadə hesab edir ki, söhbət konkret olaraq Azərbaycan-İsrail əlaqələrindən gedirsə, iki ölkə arasında müxtəlif sahələri əhatə edən tərəfdaşlıq sazişləri mövcuddur: “Ona görə də ehtiyac olarsa, hamı ilə birgə bu sənədin imzalanması mümkündür. Ancaq ayrıca ehtiyac yoxdur. Çünki belə bir saziş olmayanda da Azərbaycanla İsrail arasında əməkdaşlıq inkişaf edir”.
Yada salaq ki, ötən ilin sonunda İsrailin xarici işlər naziri Bakıda səfərdə olarkən Azərbaycan XİN-nin rəhbəri Ceyhun Bayramov “İbrahim sazişləri” ilə bağlı suala cavab vermişdi. Nazir sazişi “bəzi ərəb dövlətləri ilə İsrail arasında əldə edilən razılaşma” adlandıraq bunları demişdi: “Bu razılaşma ilə İsraillə münasibəti olmayan ərəb dövlətləri İsraillə əlaqələr qurur. Bu, “İbrahim sazişləri” əsasında baş verirdi. Amma Azərbaycan və İsrail arasında çoxşaxəli münasibətlər var və bu münasibətlər uzun tarixə malikdir. Bu, ona görə də bizə bir qədər təəccüblü gəlir”.
“İbrahim sazişləri” 2020-ci ildə ABŞ prezidenti Donald Trampın birinci hakimiyyəti dövründə onun təşəbbüsü ilə hazırlanıb. /Musavat.com


23-04-2026, 19:18 308

Digər xəbərlər

Sumqayıtda “Qurtuluş Kuboku – 2026” minifutbol turnirinə start verilib - FOTO/VİDEO

“Multikulturalizm: Nəzəriyyə, beynəlxalq təcrübə və Azərbaycan modeli” kitabının təqdimatı keçirilib - FOTO

TƏBİB-dən Sumqayıta və digər bölgələrə yeni ambulanslar paylanılıb

Sumqayıtda avtomobil piyadanı vuraraq öldürüb - VİDEO

Ölkədə açılan yeni iş yerlərinin sayı məlum oldu: Sumqayıtın göstəricisi necədir? – RƏSMİ STATİSTİKA

Sumqayıtda 33 saylı marşrutla bağlı sərnişin şikayəti: İcra Hakimiyyətindən xəttin gələcəyinə dair rəsmi AÇIQLAMA

İranın “raket şousu”nun pərdəarxası: Müharibə başlayır, yoxsa bu, növbəti blöfdür?

Sumqayıtda yaşamış tanınmış şair Əşrəf Veysəlli vəfat edib

Sumqayıt və Abşeron üzrə pensiyalar BU TARİXDƏ ÖDƏNİLƏCƏK

Zakir Fərəcov 9-cu mikrorayonda vətəndaşların müraciətlərini dinləyib-FOTO

Sumqayıtda çimərlik mövsümünə hazırlıq müzakirə olunub - FOTO

Şuşadan dünyaya verilən mesaj: Bir millət, iki dövlətin müttəfiqlik zirvəsi

Sumqayıt Elektrik Şəbəkəsinə YENİ RƏHBƏR təyin edildi

Sumqayıtda I sinfə qəbul: prioritet məktəblərdə boş qalan yerlərə qeydiyyat başladı

Sumqayıtda OBA marketə silahlı basqın edən şəxs saxlanılıb – EKSKLÜZİV

Milli komandamız Sumqayıtda liderlik matçına çıxır: Rəqib Macarıstandır

Mehriban Abasquliyeva sabiq məhkəmə sədrinin bacısı imiş

Sumqayıtın deputatı Ərdoğanın müavini ilə görüşüb - FOTO

Şəhərin müxtəlif ərazilərində dezinfeksiya işləri aparılır- VİDEO

Sumqayıtlı məktəbli beynəlxalq uğurları ilə seçilir

1 2 3 4 5 6 7 8 9 10 ... 1061
Dünən, 14:13
6-06-2026, 11:14
6-06-2026, 09:30
6-06-2026, 09:23
6-06-2026, 09:07
5-06-2026, 18:23
5-06-2026, 18:07
5-06-2026, 17:44
5-06-2026, 17:27
5-06-2026, 16:48
5-06-2026, 14:45
5-06-2026, 13:18
5-06-2026, 13:00
5-06-2026, 12:08
5-06-2026, 10:30
5-06-2026, 10:03
4-06-2026, 20:42
4-06-2026, 15:54
4-06-2026, 14:54
4-06-2026, 14:08
4-06-2026, 13:20
4-06-2026, 13:08
4-06-2026, 11:53
3-06-2026, 21:19
3-06-2026, 18:49
3-06-2026, 15:17
3-06-2026, 12:09
3-06-2026, 11:53
2-06-2026, 16:53
2-06-2026, 16:33
2-06-2026, 10:17
1-06-2026, 18:20
1-06-2026, 18:16
1-06-2026, 18:09
1-06-2026, 14:57
1-06-2026, 14:52
1-06-2026, 14:44
1-06-2026, 14:31
1-06-2026, 11:40
1-06-2026, 10:18
1 2 3 4 5 6 7 8 9 10 ... 1061