Sumqayıt və Abşeronda məktəblərdə gözlənilməz yoxlamalar aparılır

 
Azərbaycanın bir neçə rayonunun məktəblərində yuxarı sinif şagirdləri arasında kütləvi yoxlamalara start verilib.

Sumqayit.tv "Trend"ə istinadla xəbər verir ki, yoxlamalar, əsasən, Abşeron rayonu, Sumqayıt şəhəri və ətraf ərazilərdə yerləşən təhsil müəssisələrini əhatə edir.

Hüquq-mühafizə orqanlarının əməkdaşları məktəblərdə şagirdlərin çantalarını və üzərilərində olan əşyaları yoxlayaraq qadağan olunmuş predmetlərin olub-olmamasını araşdırırlar. Bu predmetlərə kəsici-deşici alətlər, tütün məmulatları və digər təhlükəli vasitələr daxildir.

Son günlər müəllimlər valideynlərə müraciət edərək uşaqların məktəbə getməzdən əvvəl çantalarının yoxlanılmasını tövsiyə edirlər. Bildirilir ki, bu tədbirlər məktəblərdə son vaxtlar baş verən insidentlərin artması ilə əlaqədardır.

Gözlənilməz yoxlamalar çərçivəsində yetkinlik yaşına çatmayanlarla iş üzrə inspektorlar dərs zamanı siniflərə daxil olaraq şagirdlər üzərində baxış keçirirlər. Qadağan olunmuş əşyalar aşkar edilən şagirdlər əlavə söhbət üçün ayrılır, hadisə ilə bağlı məktəb rəhbərliyi və valideynlər dərhal məlumatlandırılır.

Xatırladaq ki, bir neçə gün əvvəl Bakının 286 nömrəli orta məktəbində 9-cu sinif şagirdi sinif yoldaşının üzərinə spirt tökərək onu yandırıb. Hadisədən sonra məktəb rəhbərliyi dərhal təcili tibbi yardım çağırıb, zərərçəkənə ilkin yardım göstərildikdən sonra o, xəstəxanaya yerləşdirilib.

Faktla bağlı şübhəli şəxs polis tərəfindən saxlanılıb, məhkəmənin qərarı ilə barəsində həbs qətimkan tədbiri seçilib.


23-04-2026, 11:46 353

Digər xəbərlər

Sumqayıtda “Qurtuluş Kuboku – 2026” minifutbol turnirinə start verilib - FOTO/VİDEO

“Multikulturalizm: Nəzəriyyə, beynəlxalq təcrübə və Azərbaycan modeli” kitabının təqdimatı keçirilib - FOTO

TƏBİB-dən Sumqayıta və digər bölgələrə yeni ambulanslar paylanılıb

Sumqayıtda avtomobil piyadanı vuraraq öldürüb - VİDEO

Ölkədə açılan yeni iş yerlərinin sayı məlum oldu: Sumqayıtın göstəricisi necədir? – RƏSMİ STATİSTİKA

Sumqayıtda 33 saylı marşrutla bağlı sərnişin şikayəti: İcra Hakimiyyətindən xəttin gələcəyinə dair rəsmi AÇIQLAMA

İranın “raket şousu”nun pərdəarxası: Müharibə başlayır, yoxsa bu, növbəti blöfdür?

Sumqayıtda yaşamış tanınmış şair Əşrəf Veysəlli vəfat edib

Sumqayıt və Abşeron üzrə pensiyalar BU TARİXDƏ ÖDƏNİLƏCƏK

Zakir Fərəcov 9-cu mikrorayonda vətəndaşların müraciətlərini dinləyib-FOTO

Sumqayıtda çimərlik mövsümünə hazırlıq müzakirə olunub - FOTO

Şuşadan dünyaya verilən mesaj: Bir millət, iki dövlətin müttəfiqlik zirvəsi

Sumqayıt Elektrik Şəbəkəsinə YENİ RƏHBƏR təyin edildi

Sumqayıtda I sinfə qəbul: prioritet məktəblərdə boş qalan yerlərə qeydiyyat başladı

Sumqayıtda OBA marketə silahlı basqın edən şəxs saxlanılıb – EKSKLÜZİV

Milli komandamız Sumqayıtda liderlik matçına çıxır: Rəqib Macarıstandır

Mehriban Abasquliyeva sabiq məhkəmə sədrinin bacısı imiş

Sumqayıtın deputatı Ərdoğanın müavini ilə görüşüb - FOTO

Şəhərin müxtəlif ərazilərində dezinfeksiya işləri aparılır- VİDEO

Sumqayıtlı məktəbli beynəlxalq uğurları ilə seçilir

1 2 3 4 5 6 7 8 9 10 ... 1061
Dünən, 14:13
6-06-2026, 11:14
6-06-2026, 09:30
6-06-2026, 09:23
6-06-2026, 09:07
5-06-2026, 18:23
5-06-2026, 18:07
5-06-2026, 17:44
5-06-2026, 17:27
5-06-2026, 16:48
5-06-2026, 14:45
5-06-2026, 13:18
5-06-2026, 13:00
5-06-2026, 12:08
5-06-2026, 10:30
5-06-2026, 10:03
4-06-2026, 20:42
4-06-2026, 15:54
4-06-2026, 14:54
4-06-2026, 14:08
4-06-2026, 13:20
4-06-2026, 13:08
4-06-2026, 11:53
3-06-2026, 21:19
3-06-2026, 18:49
3-06-2026, 15:17
3-06-2026, 12:09
3-06-2026, 11:53
2-06-2026, 16:53
2-06-2026, 16:33
2-06-2026, 10:17
1-06-2026, 18:20
1-06-2026, 18:16
1-06-2026, 18:09
1-06-2026, 14:57
1-06-2026, 14:52
1-06-2026, 14:44
1-06-2026, 14:31
1-06-2026, 11:40
1-06-2026, 10:18
1 2 3 4 5 6 7 8 9 10 ... 1061