SOS: Bu toyuqlar İNFEKSİYA mənbəyidir– Necə TANIMALI?

 
Ukraynadan Azərbaycana idxal olunan 4.9 ton dondurulmuş toyuq məhsulunda (16.02.2026-16.02.2028 istehsal və son istifadə tarixli) uyğunsuzluq aşkarlanıb. Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi (AQTA) məlumat yayıb.

Bildirilib ki, laborator müayinələr nəticəsində məhsulda salmonella (əsasən çirkli və ya yaxşı bişməmiş qida vasitəsilə keçən, ishal və qızdırma ilə özünü göstərən bakterial infeksiya – red.) aşkarlanıb. Aşkarlanmış uyğunsuzluqla əlaqədar müvafiq tədbirlər görülüb, Ukraynanın Qida Təhlükəsizliyi və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidmətinə istehsalçı müəssisədən ixracın dayandırılmasına dair müraciət ünvanlanıb.

Ümumiyyətlə, toyuq məhsulları ilə bağlı vaxtaşırı müxtəlif iddialar səslənir. Onların tərkibi, mənşəyi haqda qida ekspertləri də çağırışlar edirlər. Xüsusən broyler toyuqları haqda xəbərdarlıq olunur.

Bəs marketlərdən hansı toyuqları almalıyıq, nələrə diqqət yetirməliyik?

Asim Vəliyev

Qida mütəxəssisi Asim Vəli mövzu ilə bağlı Musavat.com-a fikrini bölüşüb: “Aidiyyəti üzrə AQTA-nın yaydığı bu xəbərdarlığı çox ciddi qəbul etməyimiz yaxşı olardı. Salmonella zarafat deyil. Qida zəncirində ən təhlükəli patogenlərdən biridir. Ukraynadan gətirilən dondurulmuş toyuqlarda salmonella bakteriyasının aşkarlanması birbaşa qida təhlükəsizliyi qaydalarının istehsal mərhələsində pozulduğunu göstərir. Bir istehlakçı olaraq marketdən toyuq alarkən yalnız brendə deyil, soyuq zəncirin qorunmasına, məhsulun rənginə, sertifikatlarına diqqət yetirməliyik.

Salmonella bağırsaq traktında yaşayan və fekal-oral yolla ötürülən bir bakteriyadır. Toyuq ətində bu bakteriyanın olması kəsim zamanı gigiyena qaydalarının pozulması və ya quşların saxlanma şəraitinin qeyri-sanitar olması ilə bağlıdır. Bəzi insanlar elə bilir ki, dondurma bakteriyanı öldürür. Elə deyil. Dondurma bakteriyanı öldürmür. Sadəcə, onun inkişafını dondurur. Məhsulun donu açılan kimi bakteriya sürətlə çoxalmağa başlayır”.

Ekspert onu da deyib ki, dondurulmuş toyuq alarkən paketdə buz kristallarının olub-olmadığına baxmalıyıq: “Əgər varsa, deməli bu məhsul əriyib və yenidən dondurulub. Riskli haldır. Vakuumu pozulmuş, sızıntısı olan paketləri almasaq yaxşı olar. Təzə toyuq əti çəhrayı-ağ rəngdə olmalıdır. Bozarmış, ya tünd sarı ləkələri olan toyuqlardan uzaq durmaq bizi riskdən uzaq tutar. Bütün məhsullarda olduğu kimi etiketdə İstehsal və son istifadə tarixinə diqqət etməliyik. Həm də partiya nömrələrinə baxmalıyıq.

Digər məsələ toyuğu mətbəxdə yumaq da bakteriyaların ətrafa yayılmasına səbəb ola bilir. Toyuq kəsdiyimiz taxtanı və bıçağı dərhal dezinfeksiya etməliyik. Həmin taxtada çiy tərəvəz doğramaq çarpaz çirklənməyə səbəb olar. Toyuğun donunu otaq temperaturunda deyil, soyuducunun alt rəfində yavaş-yavaş açmalıyıq”.


23-04-2026, 09:46 348

Digər xəbərlər

Dünya çempionatı futbolçuların bazar dəyərini dəyişdi – İlk 10-luq məlum oldu

SDU-dan mühüm uğur: Akkreditasiya Şurası qərarını açıqladı

Çimərliklərdə sabaha gözlənilən hava şəraiti açıqlanıb.

Respublika üzrə iyul ayının pensiya ödənişləri yekunlaşıb.

Sabah hava 39 dərəcəyədək isinəcək

Masazırda ağır cinayət işi yenidən araşdırılacaq – Apellyasiya qərarı ləğv edildi

Sumqayıtda bağlı qapı arxasında qalan sakinlər xilas edildi

Sumqayıtda evdən kişi meyiti tapıldı

Sumqayıt TV-nin gündəmə gətirdiyi problem həll olundu – 5-ci mikrorayonda küçə işıqları quraşdırıldı

Azərbaycanda elektron diplomların verilməsinə başlanıldı

Artıq "mygov" üzərindən vəkil və bank etibarnaməsi vermək mümkün olacaq

"Qurd dərəsi" sakinləri yolların bərbad vəziyyətindən şikayətçidir

Jurnalistika məzunlarının işlə təmin olunma göstəricisi açıqlandı

Emil Mustafayevdən iddialı mesaj: “Yüksək hədəflər uğrunda mübarizə aparacağıq”

Qlobal bazarda qızıl və gümüş kəskin bahalaşdı

SDU magistraturaya daha çox tələbə qəbul edəcək

Sumqayıtlı Rafael Ağayevdən atasının xatirəsinə kövrək paylaşım

Sumqayıtda dənizdə faciənin qarşısı alındı

Sumqayıtda tikinti icazəsi vədi ilə dələduzluq: İş yenidən gündəmdə

Berlin niyə Bakıya daha çox önəm verir? – İlham Əliyevin Almaniya səfərinin siyasi mesajları

1 2 3 4 5 6 7 8 9 10 ... 1086
Bu gün, 13:17
Bu gün, 13:13
Bu gün, 13:01
Bu gün, 12:41
Bu gün, 12:20
Bu gün, 12:18
Bu gün, 12:17
Bu gün, 11:00
Dünən, 22:37
Dünən, 17:11
Dünən, 17:08
Dünən, 15:46
Dünən, 14:12
Dünən, 13:27
Dünən, 13:18
Dünən, 12:31
Dünən, 11:13
Dünən, 11:11
Dünən, 11:09
Dünən, 10:17
Dünən, 10:15
Dünən, 10:00
Dünən, 07:49
Dünən, 00:45
21-07-2026, 20:50
21-07-2026, 17:00
21-07-2026, 16:49
21-07-2026, 16:47
21-07-2026, 16:00
21-07-2026, 15:01
21-07-2026, 14:56
21-07-2026, 14:44
21-07-2026, 14:36
21-07-2026, 14:34
21-07-2026, 14:31
21-07-2026, 14:25
21-07-2026, 12:48
21-07-2026, 12:44
21-07-2026, 12:38
21-07-2026, 12:05
1 2 3 4 5 6 7 8 9 10 ... 1086