Sumqayıtda konsert biletləri zorla satılır? – AÇIQLAMA

Sumqayıtda keçirilən mədəni tədbirlərlə bağlı redaksiyamıza çoxsaylı şikayətlər daxil olub.

İddialara görə, son günlər Sumqayıt bələdiyyəsi muğam mərkəzini nəzarətə götürərək adını Sumqayıt Bələdiyyəsinin Muğam və Yaradıcılıq Mərkəzi kimi dəyişib və burada təşkil olunan konsertlər üçün biletlər şəhərin müxtəlif qurumlarının əməkdaşlarına məcburi şəkildə satdırılır.

Bildirilir ki, mərkəzdə keçirilən muğam konserti və "Qaraca qız" tamaşasının biletləri Sumqayıt Şəhər İcra Hakimiyyətinin tələbi ilə təhsil və səhiyyə işçilərinə satılıb. Həmçinin aprelin 24-də keçirilməsi planlaşdırılan Elton Hüseynəliyevin konserti üçün qiyməti 40-100 AZN arasında dəyişən biletlərin də zavod, təhsil və səhiyyə işçilərinə məcburi təqdim olunduğu iddia edilir.

Sumqayit.tv xəbər verir ki, məsələ ilə bağlı Sumayit24.az-ın sorğusunu cavablandıran Bələdiyyənin mətbuat katibi Nizami Rəsulov bildirib ki, mərkəz bələdiyyənin mülkiyyətindədir və fəaliyyəti tam şəkildə qurum tərəfindən təşkil olunur:

Müxtəlif dövlət qurumları ilə əməkdaşlıq yalnız əlaqələndirmə xarakteri daşıyır və heç bir müdaxilə mövcud deyil. Qanunvericiliyə əsasən bələdiyyənin tədbirlər keçirmək və bilet satışı həyata keçirmək hüququ var və bütün proseslər qanuni çərçivədə aparılır. Tədbirlərin tanıtımı Sumqayıt Bələdiyyəsinin rəsmi informasiya resursları üzərindən həyata keçirilir. "Məcburi satış" iddiaları isə həqiqəti əks etdirmir və biletlər yalnız könüllülük prinsipi ilə satılır".

Açıqlamada həmçinin bildirilib ki, müxtəlif qurumlara təqdim olunan biletlər satış məqsədli deyil, dəvətnamə xarakteri daşıyır və heç bir halda ödəniş tələbi yoxdur:

"İctimaiyyəti təsdiqlənməmiş və qərəzli məlumatlara deyil, yalnız rəsmi mənbələrə istinad etməyə çağırırıq".


21-04-2026, 17:41 377

Digər xəbərlər

Paşinyanın qələbəsi nə deməkdir? Ermənistanın seçimi Rusiyaya mesajdır?- VIDEO

Sumqayıtda “Qurtuluş Kuboku – 2026” minifutbol turnirinə start verilib - FOTO/VİDEO

“Multikulturalizm: Nəzəriyyə, beynəlxalq təcrübə və Azərbaycan modeli” kitabının təqdimatı keçirilib - FOTO

TƏBİB-dən Sumqayıta və digər bölgələrə yeni ambulanslar paylanılıb

Sumqayıtda avtomobil piyadanı vuraraq öldürüb - VİDEO

Ölkədə açılan yeni iş yerlərinin sayı məlum oldu: Sumqayıtın göstəricisi necədir? – RƏSMİ STATİSTİKA

Sumqayıtda 33 saylı marşrutla bağlı sərnişin şikayəti: İcra Hakimiyyətindən xəttin gələcəyinə dair rəsmi AÇIQLAMA

İranın “raket şousu”nun pərdəarxası: Müharibə başlayır, yoxsa bu, növbəti blöfdür?

Sumqayıtda yaşamış tanınmış şair Əşrəf Veysəlli vəfat edib

Sumqayıt və Abşeron üzrə pensiyalar BU TARİXDƏ ÖDƏNİLƏCƏK

Zakir Fərəcov 9-cu mikrorayonda vətəndaşların müraciətlərini dinləyib-FOTO

Sumqayıtda çimərlik mövsümünə hazırlıq müzakirə olunub - FOTO

Şuşadan dünyaya verilən mesaj: Bir millət, iki dövlətin müttəfiqlik zirvəsi

Sumqayıt Elektrik Şəbəkəsinə YENİ RƏHBƏR təyin edildi

Sumqayıtda I sinfə qəbul: prioritet məktəblərdə boş qalan yerlərə qeydiyyat başladı

Sumqayıtda OBA marketə silahlı basqın edən şəxs saxlanılıb – EKSKLÜZİV

Milli komandamız Sumqayıtda liderlik matçına çıxır: Rəqib Macarıstandır

Mehriban Abasquliyeva sabiq məhkəmə sədrinin bacısı imiş

Sumqayıtın deputatı Ərdoğanın müavini ilə görüşüb - FOTO

Şəhərin müxtəlif ərazilərində dezinfeksiya işləri aparılır- VİDEO

1 2 3 4 5 6 7 8 9 10 ... 1061
Bu gün, 12:03
Dünən, 14:13
6-06-2026, 11:14
6-06-2026, 09:30
6-06-2026, 09:23
6-06-2026, 09:07
5-06-2026, 18:23
5-06-2026, 18:07
5-06-2026, 17:44
5-06-2026, 17:27
5-06-2026, 16:48
5-06-2026, 14:45
5-06-2026, 13:18
5-06-2026, 13:00
5-06-2026, 12:08
5-06-2026, 10:30
5-06-2026, 10:03
4-06-2026, 20:42
4-06-2026, 15:54
4-06-2026, 14:54
4-06-2026, 14:08
4-06-2026, 13:20
4-06-2026, 13:08
4-06-2026, 11:53
3-06-2026, 21:19
3-06-2026, 18:49
3-06-2026, 15:17
3-06-2026, 12:09
3-06-2026, 11:53
2-06-2026, 16:53
2-06-2026, 16:33
2-06-2026, 10:17
1-06-2026, 18:20
1-06-2026, 18:16
1-06-2026, 18:09
1-06-2026, 14:57
1-06-2026, 14:52
1-06-2026, 14:44
1-06-2026, 14:31
1-06-2026, 11:40
1 2 3 4 5 6 7 8 9 10 ... 1061