Sumqayıtda "7 nömrə" həyəcanı - Sərnişin təhlükəli olay haqda Sumqayit.tv-yə danışdı


Dünən Sumqayıtda 7 nömrəli avtobusun sürücüsü və sərnişinlər arasında insident yaşanıb. Belə ki, yolboyu telefonla danışan sürücü avtobusla təhlükəli vəziyyətlər yaradaraq, insanlara həyəcanlı anlar yaşadı. Hətta sərnişinlərdən biri hadisəni videoya da çəkib. Hadisə iştirakçısı olan Sumqayıt sakini qalmaqallı olayla bağlı  Sumqayit.tv-yə danışıb: "Mən Sülh Plazadan üzü Sumqayıt Qaz İstismar İdarəsi istiqamətinə gedən yolda 7 nömrəli avtobusa mindim.
Avtobusa minəndən sürücünün təhlükəli idarəçiliyi diqqət çəkirdi. Sürücü anidən əyləca basırdı ki, bu zaman istər-istəməz sərnişinlər arxaya doğru yıxılırdı. Avtobusda uşaq və yaşlılar da daxil 30-40 sərnişin var idi. Biri var, avtobus sürücüsü anidən əyləcə ayağını qoysun, biri də var yavaş-yavaş əyləci idarə etsin. Mən də irad bildirdim ki, dayanacağa doğru yavaş-yavaş daxil ol. Sürücü də qayıtdı ki, "sən mənə sürmək öyrədirsən?" Mən də dedim ki, faktiki olaraq avtobus sürə bilmirsən. Mən sənə qardaş kimi müraciət edirəm ki, sərnişinlər narazıdı. Hətta 8-ci mkr-da cavan gəlini azyaşlı uşağı ilə başqa bir qadın düşürdü ki, halı pisləşib, qorxub. Sərnişinlər arxadan neçə dəfə "gözlə qadın düşsün, sonra sür" dedi. Çünki camaat sürücünün hərəkətlərindən əsəbi olmuşdu. Dedim gördün qadının halı pisləşdi, düşdü aşağı. Sürücü də mənə əsəbləşərək acıqlı tonda "nə demək istəyirsən, əcəb edirəm. Mən belə sürürəm" dedi. Orda kamera var idi. Həmin kameraya səsi də düşüb. Rəhbərlik baxa da bilər. 11:20-dən 11:35-ə qədər. Sonra sürücü mənə dedi ki, "gəl gedək harda istəyirsən, söhbət edək,  mən başıxarab adamam. Ya sən öləcəksən, ya mən". Dedim maşında sərnişinlər var, avtobusu sür, sonra söhbət edərik. Mənə deyir ki, "avtobusdan düş get, sən təxribat yaradırsan". Qadınlar düşəndə də buna təhqiramiz sözlər dedi ki, avtobusu adam kimi sür. Yolboyu da telefonla danışırdı. Gah buna zəng gəlir, gah bu zəng edirdi. Yan güzgülərdən istifadə etmirdi. Az qala iri yük maşını ilə toqquşacaqdı. Anidən əyləci basdı, bütün avtobus silkələndi"
 Qeyd edək ki, dünən sərnişin bununla bağlı avtobusun üzərində olan 1000- qaynar xəttinə müraciət edib. Bu gün isə qaynar xətdən zəng edərək sərnişindən kadrları sosial şəbəkədən silməyi xahiş ediblər. Sərnişin isə kadrların sosial şəbəkələrdə yayılmasının önəmini qeyd edərək, o cür sürücü haqda ciddi tədbir görülməsinin vacibliyini vurğulayıb.
P.S. Maraqlıdı sürücü öz diliylə deyir ki, mən başıxarab adamam. Görəsən aidiyyatı qurum sürücünü işə götürəndə bunu nəzərə almayıb?

31-05-2022, 15:44 930

Digər xəbərlər

Sumqayıtlı məktəbli Azərbaycan fizika tarixində ilkə imza atdı

Sumqayıt deputatlarından diqqətçəkən etiraf: Kimə səs veriblər

Borçalı mahalının hörmətli ağbirçəyi Xeyransa Kərimovanın vəfatı ilə bağlı BAŞSAĞLIĞI

Sabah Sumqayıt çimərliklərində dəniz suyunun temperaturu 25 dərəcəyə çatacaq

Qəbul imtahanında 12 abituriyent mobil telefona görə imtahandan kənarlaşdırıldı

Bağçalara qəbul davam edir: Bu il tətbiq olunan yeniliklər açıqlandı

Argentina İsveçrəni məğlub edərək DÇ-2026-nın yarımfinalına yüksəldi

Bu gün I və IV ixtisas qrupları üzrə qəbul imtahanı keçirilir

"Murov Qartalı" Raquf Orucovun doğum günüdür

Tovuz döyüşlərindən 6 il ötür – Zəfərə aparan yolun başlanğıcı

DÇ-2026: Bu gecə son yarımfinalçılar müəyyənləşəcək

Sumqayıtda piyadanı vuran sürücü daha sonra başqa avtomobilə çırpıldı-VİDEO

Bakı–Sumqayıt yolunda minik avtomobili avtobusa çırpılıb

Sabah 38 dərəcəyədək isti gözlənilir

Sumqayıt Dövlət Universiteti tarixində ilk: SABAH-ın ilk məzunları diplom aldı

İlk Azərbaycan–Norveç lüğəti oxucuların istifadəsinə təqdim olunur

Əli Xameneinin dəfn olunduğu türbədən ilk görüntü yayıldı

İspaniya Belçikanı məğlub edərək DÇ-2026-nın yarımfinalına yüksəldi

Sumqayıt TV-nin gündəmə gətirdiyi su problemi həll olundu

Sumqayıtda mərasim evi sakinlərin etirazına səbəb olub-VİDEO

1 2 3 4 5 6 7 8 9 10 ... 1079
Dünən, 21:52
Dünən, 21:16
Dünən, 16:48
Dünən, 14:53
Dünən, 14:49
Dünən, 14:47
Dünən, 12:46
Dünən, 09:30
Dünən, 05:49
Dünən, 00:16
11-07-2026, 15:01
11-07-2026, 14:09
11-07-2026, 14:07
11-07-2026, 13:00
11-07-2026, 12:35
11-07-2026, 11:21
11-07-2026, 01:11
11-07-2026, 01:06
10-07-2026, 21:32
10-07-2026, 20:55
10-07-2026, 18:49
10-07-2026, 16:51
10-07-2026, 16:48
10-07-2026, 13:49
10-07-2026, 13:10
10-07-2026, 13:05
10-07-2026, 13:04
10-07-2026, 12:55
10-07-2026, 12:39
10-07-2026, 12:33
9-07-2026, 20:59
9-07-2026, 19:38
9-07-2026, 18:42
9-07-2026, 18:32
9-07-2026, 16:34
9-07-2026, 15:57
9-07-2026, 15:32
9-07-2026, 14:46
9-07-2026, 14:43
9-07-2026, 13:54
1 2 3 4 5 6 7 8 9 10 ... 1079