General Ukraynanın lideri olmaq istəyir - “Zelenski gedəcək, savaş bitəcək”

“Ukrayna prezidenti Vladimir Zelenski üçün Ağ Evin növbəti rəhbərinin kim olmasının əhəmiyyəti yoxdur, çünki bu vaxta qədər postunu itirəcək və Rusiya ilə müharibə bitəcək”.
Bunu ABŞ kəşfiyyatının keçmiş zabiti Skott Ritter deyib.
“Tramp gələn ilin noyabrında seçkilərdə qalib gəlsə də, 2025-ci ilin yanvarında inauqurasiya mərasiminə qədər prezident olmayacaq. Əminliklə deyirəm ki, o vaxta qədər Zelenski artıq Ukraynanın prezidenti və müharibə olmayacaq. Ona da əminəm ki, bundan sonra bu barədə danışmayacaqlar. Hamı Rusiyanın Ukrayna üzərində qələbəsindən, ölkənin denazifikasiyasından danışacaq”, - keçmiş zabit bildirib.
Ritter vurğulayıb ki, Zelenski dünyanın ona olan diqqətinin azalmasının fərqindədir, buna görə də onu geri qaytarmağa çalışır. Bununla belə, onun fikrincə, Ukrayna liderinin hazırda ölkə daxilində bir çox problemləri var, bunların həllinə diqqət yetirməlidir.
“İndi mülki və hərbi rəhbərlik arasında parçalanma getdikcə artır, Zalujnı Zelenskinin, Zelenski də Zalujnının hərəkətlərini bəyənmir. Kadrların təmizlənməsi və Zalujnının işdən çıxarılmasından söhbət gedir. Zalujnı ilə əlaqəli potensial çevrilişlə bağlı şayiələr dolaşır. Zelenskinin narahat olması üçün çoxlu səbəbləri var”, - keçmiş kəşfiyyatçı qeyd edib.
Ukrayna Silahlı Qüvvələrinin baş komandanı general Valeri Zalujnı ilə prezident Zelenski arasında narazılıq olduğu uzun zamandır müzakirə mövzusudur. Zalujnı Ukrayna ordusunun dalana dirəndiyini bildirib. Onun sözlərinə görə, Ukrayna qoşunları Qərbin gözlədiyi irəliləyişi əldə edə bilməyib. Zelenski Ukrayna ordusunun baş komandanının sözləri ilə razılaşmayıb. (Teleqraf.com)

19-11-2023, 11:00 202

Digər xəbərlər

Türkiyəli deputat: “AŞPA-da hər zaman Azərbaycanın yanındayıq” — Özəl açıqlama-VİDEO

Sənədsiz evlərə amnistiya verilə bilər? – Deputatın təklifi ekspertlər arasında müzakirə yaradıb

"Heç kəs Azərbaycanla ultimatum dili ilə danışa bilməz" – Səbinə Salmanova

Sumqayıtda Silahlı Qüvvələr Günü münasibətilə “Zəfər tarixi yazmış şanlı ordumuz” tədbiri keçirilib-FOTO

Sumqayıtda Çerkassi küçəsində antisanitar vəziyyət: Sakinlər şikayət edir – VİDEO/FOTO

Sumqayıtda Hidayət Orucovun əziz xatirəsi ehtiramla yad edilib -VİDEO/FOTO

Sumqayıt bulvarında Silahlı Qüvvələr Günü münasibətilə möhtəşəm hərbi yürüş keçirilib – FOTO

İzmirdə Mikayıl Müşfiqin xatirəsinə həsr olunmuş anım proqramı keçirilib-FOTOLAR

26 İyun – Gücün, Qürurun və Qələbənin simvolu

Təlimçi kimi yetişdirdi, imtahanda birlikdə uğur qazandı: Murad müəllimin nümunəvi nəticəsi

Bahar Muradova Sumqayıtda vətəndaş qəbulu keçirəcək

Azərbaycan Ordusu - Qürurumuzun qalxanı, zəfərimizin müəllifi

9-cu mikrorayonda aşmaq təhlükəsi yaradan ağac sakinləri narahat edir-VİDEO

IV qrup üzrə ölkə birincisi Sumqayıt yetirməsi oldu

Prezident İranın Məclis sədrini qəbul etdi - FOTOLAR

Sumqayıt Azərbaycanda ən çox yaşlı əhalinin yaşadığı şəhərdir

Beynəlxalq olimpiadalarda parlayan azərbaycanlı şagird-FOTO

Sumqayıtda Aşura günü ilə əlaqədar qanvermə aksiyası keçiriləcək

Tağıyev qəsəbəsində yolların vəziyyəti sakinlərin narazılığına səbəb olur-FOTO

Deputat Elnarə Akimova şəhid və qazi ailələrini ziyarət etdi-VİDEO/FOTO

1 2 3 4 5 6 7 8 9 10 ... 1067
Dünən, 22:22
Dünən, 19:35
Dünən, 15:32
Dünən, 14:18
Dünən, 13:55
Dünən, 12:27
Dünən, 12:05
Dünən, 09:58
Dünən, 09:53
25-06-2026, 19:38
25-06-2026, 16:55
25-06-2026, 14:05
25-06-2026, 10:27
25-06-2026, 08:43
24-06-2026, 21:33
24-06-2026, 17:00
24-06-2026, 16:51
24-06-2026, 16:46
24-06-2026, 12:44
24-06-2026, 11:37
24-06-2026, 09:26
24-06-2026, 08:27
23-06-2026, 20:57
23-06-2026, 20:42
23-06-2026, 20:28
23-06-2026, 15:45
23-06-2026, 15:23
23-06-2026, 15:21
23-06-2026, 13:08
23-06-2026, 10:05
23-06-2026, 09:53
23-06-2026, 09:44
23-06-2026, 09:11
23-06-2026, 09:03
22-06-2026, 20:56
22-06-2026, 20:53
22-06-2026, 17:20
22-06-2026, 16:12
22-06-2026, 16:06
22-06-2026, 10:47
1 2 3 4 5 6 7 8 9 10 ... 1067