Sumqayıtda Silahlı Qüvvələr Günü münasibətilə “Zəfər tarixi yazmış şanlı ordumuz” tədbiri keçirilib-FOTO

 
26 İyun – Azərbaycan Respublikasının Silahlı Qüvvələri Günü münasibətilə Sumqayıt Dövlət Dram Teatrında "Zəfər tarixi yazmış şanlı ordumuz" adlı tədbir keçirilib.

Sumqayit.tv xəbər verir ki, Sumqayıt Şəhər İcra Hakimiyyəti və Yeni Azərbaycan Partiyası Sumqayıt şəhər təşkilatının birgə təşkilatçılığı ilə keçirilən tədbirdə şəhər rəhbərliyi, millət vəkilləri, idarə, müəssisə və təşkilatların nümayəndələri, şəhid ailələri, qazilər, hərbi qulluqçular və ictimaiyyət nümayəndələri iştirak ediblər.

Tədbiri giriş sözü ilə açan Yeni Azərbaycan Partiyası Sumqayıt şəhər təşkilatının sədri Ramiz Hüseynov Silahlı Qüvvələr Gününün Azərbaycan xalqı üçün xüsusi əhəmiyyət daşıdığını bildirib. O qeyd edib ki, Prezident, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu son illərdə böyük inkişaf yolu keçərək regionun ən güclü ordularından birinə çevrilib.

Ramiz Hüseynov çıxışında 44 günlük Vətən müharibəsində qazanılan tarixi Zəfərin Azərbaycan əsgərinin peşəkarlığının, xalq–ordu birliyinin və dövlətimizin gücünün ən parlaq təzahürü olduğunu vurğulayıb. O bildirib ki, əldə olunan Qələbə Azərbaycan Ordusunun yüksək döyüş hazırlığını və xalqın öz ordusuna olan sarsılmaz inamını bütün dünyaya nümayiş etdirib.

Tədbir çərçivəsində Azərbaycanın Milli Qəhrəmanı Natiq Qasımovun xatirəsinə həsr olunmuş "Ölməz" qəhrəmanlıq dramı nümayiş etdirilib. Tamaşada Milli Qəhrəmanın keçdiyi şərəfli həyat yolu, Vətənə sonsuz sədaqəti və göstərdiyi qəhrəmanlıq nümunələri səhnə dili ilə tamaşaçılara təqdim olunub.

İştirakçılar tamaşanı böyük maraqla izləyərək onun gənc nəslin vətənpərvərlik ruhunda tərbiyəsində, şəhidlərimizin və qəhrəmanlarımızın şərəfli ömür yolunun təbliğində mühüm əhəmiyyət daşıdığını bildiriblər.

Tədbir Azərbaycan Ordusunun şanlı tarixinin, hərbçilərimizin qəhrəmanlığının və Vətən uğrunda canından keçmiş şəhidlərimizin əziz xatirəsinin dərin ehtiramla yad olunması ilə başa çatıb.

 

 

 

 

 

 

 


26-06-2026, 14:18 114

Digər xəbərlər

Gələcəyin həkimləri Sumqayıtdan çıxır!

Bir ailədə üçqat tələbə sevinci – ANA və iki övladı universitetə qəbul oldu

Peskovun Paşinyana mesajı nə deməkdir? – Politoloq Moskvanın mövqeyini açıqladı

Ali təhsil müəssisələrinə qəbul nəticələri açıqlanıb

Paşinyan niyə KTMT-dən özü çıxmaq istəmir? – Deputatdan açıqlama

YENİLƏNİB: Yolda qalan sərnişinlər üçün yeni avtobus göndərildi

Daxili işlər naziri sentyabrda Sumqayıtda vətəndaşları qəbul edəcək

YENİLƏNİB: 5 nömrəli avtobusda sərnişinlə sürücü arasında mübahisə: Qapılar 15 dəqiqə bağlı saxlanılıb?-VİDEO

Bakı–Daşkənd xətti: Qardaşlığın Türk dünyasının yüksəlişində yeni mərhələsi

Sumqayıtda konsert gecəsi – İfaçıların adları açıqlanıb

Bakı-Sumqayıt yolunda tıxac bitmir

Kolleclərə ixtisas seçiminin vaxtı açıqlanıb

İlham Əliyev Volodimir Zelenskini təbrik edib

Sumqayıt və Bakıda mağazalardan oğurluq edən şəxs 4 il həbs cəzası alıb

Sumqayıtda din xadimləri üçün seminar keçiriləcək

Sumqayıtın tarixini əks etdirən video hazırlanıb

Azərbaycan və Özbəkistan arasında əbədi dostluq müqaviləsi imzalandı – Əsas müddəalar AÇIQLANDI

Dövlət mühafizəsi sahəsində çalışan əməkdaşların peşə bayramıdır

Sarayda körpünün ətrafındakı yollar bərbad vəziyyətdədir: Sakinlər çıxış yolu istəyir

Azərbaycanda süd, yumurta və ət bahalaşıb

1 2 3 4 5 6 7 8 9 10 ... 1102
Dünən, 23:18
Dünən, 22:30
Dünən, 19:36
Dünən, 18:39
Dünən, 17:32
Dünən, 16:11
Dünən, 16:10
Dünən, 16:05
Dünən, 15:20
Dünən, 14:57
Dünən, 13:15
Dünən, 11:46
Dünən, 11:40
Dünən, 11:27
Dünən, 11:19
Dünən, 09:24
23-08-2026, 20:32
23-08-2026, 11:47
22-08-2026, 20:55
22-08-2026, 16:27
22-08-2026, 12:50
22-08-2026, 12:17
22-08-2026, 11:28
22-08-2026, 01:10
21-08-2026, 19:05
21-08-2026, 15:19
21-08-2026, 14:03
21-08-2026, 13:36
21-08-2026, 11:24
21-08-2026, 11:19
21-08-2026, 11:10
21-08-2026, 07:08
20-08-2026, 23:45
20-08-2026, 21:41
20-08-2026, 18:29
20-08-2026, 17:35
20-08-2026, 17:17
20-08-2026, 16:07
20-08-2026, 16:03
20-08-2026, 14:12
1 2 3 4 5 6 7 8 9 10 ... 1102