Sənədsiz evlərə amnistiya verilə bilər? – Deputatın təklifi ekspertlər arasında müzakirə yaradıb

 
Azərbaycanda sənədsiz evlərin taleyi ilə bağlı yeni təklif gündəmə gəlib. Milli Məclisin deputatı Kamal Cəfərov parlamentin növbədənkənar sessiyasının iclasında çıxışı zamanı sənədsiz evlər üçün amnistiya elan edilməsini və bu istiqamətdə xüsusi proqram hazırlanmasını təklif edib.

Deputat bildirib ki, ölkədə təxminən 500 min sənədsiz ev mövcuddur və həmin evlərdə yaşayan vətəndaşlar qeydiyyat, dövlət xidmətlərinə çıxış və mülkiyyət hüquqlarının rəsmiləşdirilməsi ilə bağlı ciddi problemlərlə üzləşirlər.

Kamal Cəfərovun sözlərinə görə, Türkiyədə tətbiq olunan “İmar Barışı” proqramına bənzər mexanizm Azərbaycanda da istifadə edilə bilər. O hesab edir ki, nəqliyyat və elektrik xətlərinin mühafizə zolaqlarında, riskli və strateji ərazilərdə yerləşən tikililər istisna olmaqla, digər sənədsiz evlərin mərhələli şəkildə rəsmiləşdirilməsi həm vətəndaşların problemini həll edə, həm də dövlət büdcəsinə milyardlarla manat əlavə gəlir qazandıra bilər.

Mövzu ilə bağlı Sumqayit.tv-yə danışan hüquqşünas Ramil Süleymanov isə “amnistiya” ifadəsinin hüquqi baxımdan tam düzgün olmadığını bildirib.

Onun sözlərinə görə, amnistiya adətən hüquq pozuntusuna yol vermiş şəxslərə münasibətdə tətbiq edilir. Halbuki sənədsiz evlərin tikintisində məsuliyyət təkcə vətəndaşın üzərinə düşmür.

“Azərbaycanda hər hansı tikinti işinin dövlət qurumlarının nəzarətindən kənarda həyata keçirilməsi faktiki olaraq mümkün deyil. Əgər vətəndaş qeyri-qanuni hesab edilən fərdi yaşayış evini tikib başa çatdırıbsa, bu halda məsələnin hərtərəfli araşdırılması vacibdir. Ya vətəndaşın qanun pozuntusuna yol verdiyi müəyyən edilməli, ya da tikintiyə göz yuman vəzifəli şəxslərin məsuliyyəti araşdırılmalıdır”, – deyə hüquqşünas qeyd edib.

Ramil Süleymanov hesab edir ki, problemin həlli üçün daha real yanaşma vətəndaşların faktiki istifadə etdikləri evlərin müəyyən şərtlərlə rəsmiləşdirilməsidir.

Onun fikrincə, dövlət tərəfindən simvolik rüsumlar və ya müəyyən xidmət haqları tətbiq olunmaqla həmin evlərə mülkiyyət hüququnun tanınması mümkündür. Hüquqşünas qeyd edib ki, belə qərar qəbul olunarsa, bu proses Sumqayıt şəhərində və ətraf yaşayış massivlərində yerləşən minlərlə sənədsiz evə də şamil oluna bilər.

Əmlak məsələləri üzrə ekspert Müqabil Nuriyev isə diqqəti sənədsiz evlərin qiymətləndirilməsi məsələsinə yönəldib.

Ekspert bildirib ki, mümkün qanuniləşdirmə prosesi zamanı evlərin dəyəri hesablanarkən onların tikildiyi dövr mütləq nəzərə alınmalıdır.

“Hazırda fərdi yaşayış evlərinin tikinti xərcləri əvvəlki illərlə müqayisədə əhəmiyyətli dərəcədə artıb. Bu gün ən sadə fərdi yaşayış evlərində belə bir kvadratmetrin tikinti dəyəri təxminən 500 manatdan başlayır. Halbuki 4-5 il əvvəl bu rəqəm 300 manat civarında idi. Daha əvvəlki dövrlərdə isə bəzi hallarda 150 manata qədər enirdi”, – deyə ekspert vurğulayıb.

Müqabil Nuriyevin sözlərinə görə, vətəndaşların üzərinə düşəcək maliyyə yükünün ədalətli müəyyənləşdirilməsi üçün evlərin qiymətləndirilməsi onların inşa edildiyi dövrün iqtisadi göstəriciləri əsasında aparılmalıdır.

Ekspert hesab edir ki, əgər gələcəkdə sənədsiz evlərin rəsmiləşdirilməsi üçün ödəniş mexanizmi tətbiq olunarsa, bugünkü bazar qiymətlərinin deyil, tikintinin aparıldığı dövrün şərtlərinin nəzərə alınması daha ədalətli yanaşma olar.


Qeyd edək ki, sənədsiz ev problemi xüsusilə Bakı, Abşeron və Sumqayıt ərazisində minlərlə ailəni əhatə edir. Mütəxəssislər hesab edirlər ki, problemin həlli üçün həm hüquqi, həm iqtisadi, həm də sosial aspektləri nəzərə alan kompleks dövlət proqramına ehtiyac var.


26-06-2026, 19:35 80

Digər xəbərlər

Gələcəyin həkimləri Sumqayıtdan çıxır!

Bir ailədə üçqat tələbə sevinci – ANA və iki övladı universitetə qəbul oldu

Peskovun Paşinyana mesajı nə deməkdir? – Politoloq Moskvanın mövqeyini açıqladı

Ali təhsil müəssisələrinə qəbul nəticələri açıqlanıb

Paşinyan niyə KTMT-dən özü çıxmaq istəmir? – Deputatdan açıqlama

YENİLƏNİB: Yolda qalan sərnişinlər üçün yeni avtobus göndərildi

Daxili işlər naziri sentyabrda Sumqayıtda vətəndaşları qəbul edəcək

YENİLƏNİB: 5 nömrəli avtobusda sərnişinlə sürücü arasında mübahisə: Qapılar 15 dəqiqə bağlı saxlanılıb?-VİDEO

Bakı–Daşkənd xətti: Qardaşlığın Türk dünyasının yüksəlişində yeni mərhələsi

Sumqayıtda konsert gecəsi – İfaçıların adları açıqlanıb

Bakı-Sumqayıt yolunda tıxac bitmir

Kolleclərə ixtisas seçiminin vaxtı açıqlanıb

İlham Əliyev Volodimir Zelenskini təbrik edib

Sumqayıt və Bakıda mağazalardan oğurluq edən şəxs 4 il həbs cəzası alıb

Sumqayıtda din xadimləri üçün seminar keçiriləcək

Sumqayıtın tarixini əks etdirən video hazırlanıb

Azərbaycan və Özbəkistan arasında əbədi dostluq müqaviləsi imzalandı – Əsas müddəalar AÇIQLANDI

Dövlət mühafizəsi sahəsində çalışan əməkdaşların peşə bayramıdır

Sarayda körpünün ətrafındakı yollar bərbad vəziyyətdədir: Sakinlər çıxış yolu istəyir

Azərbaycanda süd, yumurta və ət bahalaşıb

1 2 3 4 5 6 7 8 9 10 ... 1102
Dünən, 23:18
Dünən, 22:30
Dünən, 19:36
Dünən, 18:39
Dünən, 17:32
Dünən, 16:11
Dünən, 16:10
Dünən, 16:05
Dünən, 15:20
Dünən, 14:57
Dünən, 13:15
Dünən, 11:46
Dünən, 11:40
Dünən, 11:27
Dünən, 11:19
Dünən, 09:24
23-08-2026, 20:32
23-08-2026, 11:47
22-08-2026, 20:55
22-08-2026, 16:27
22-08-2026, 12:50
22-08-2026, 12:17
22-08-2026, 11:28
22-08-2026, 01:10
21-08-2026, 19:05
21-08-2026, 15:19
21-08-2026, 14:03
21-08-2026, 13:36
21-08-2026, 11:24
21-08-2026, 11:19
21-08-2026, 11:10
21-08-2026, 07:08
20-08-2026, 23:45
20-08-2026, 21:41
20-08-2026, 18:29
20-08-2026, 17:35
20-08-2026, 17:17
20-08-2026, 16:07
20-08-2026, 16:03
20-08-2026, 14:12
1 2 3 4 5 6 7 8 9 10 ... 1102