
Sumqayıtın təhsil ictimaiyyətinə ağır itki üz verib. Uzun illər Sumqayıt Şəhər Maarif Şöbəsində baş metodist və müəllim kimi fəaliyyət göstərən Amaxanova Nəzakət Ruhulla qızı vəfat edib.
Nəzakət müəllimə ömrünü təhsilə həsr etmiş, uzun illər ərzində minlərlə şagirdin və müəllimin həyatında iz qoymuş pedaqoqlardan biri olub. O, peşəkarlığı, zəhmətkeşliyi və təhsil sahəsinin inkişafına verdiyi töhfələrlə həmkarlarının və yetirmələrinin dərin hörmətini qazanıb.
Mərhumun vəfatı onu tanıyanlar, həmkarları və keçmiş şagirdləri tərəfindən böyük kədərlə qarşılanıb.
Allah rəhmət eləsin, məkanı cənnət olsun. Ailəsinə və yaxınlarına dərin hüznlə başsağlığı veririk.
Elşən Yəhyayev