
İsmayıllı rayonunda ölümlə nəticələnən bədbəxt hadisə baş verib.
Sumqayit.tv Lent.az-a istinadən xəbər verir ki, hadisə rayonun Lahıc qəsəbəsində qeydə alınıb.
Məlumata görə, Sumqayıt şəhər sakini, 1970-ci il təvəllüdlü Əyyub İslam oğlu Əfəndiyev iş gördüyü zaman traktorun qoşqusunun altında qalıb.
İlkin məlumata əsasən, onun ayağı qoşquya ilişib. Nəticədə Ə.Əfəndiyev traktorun altında qalaraq hadisə yerində həyatını itirib.
Faktla bağlı araşdırma aparılır. Hadisənin başvermə səbəbləri aidiyyəti qurumlar tərəfindən araşdırılır.
Bu gün, 09:26
8