Erməni terrorçu 200 mülki şəxsin meyitini Əsgəran qalası ətrafında basdırdıqlarını etiraf edib

 
Erməni terrorçuları Xocalı soyqırımı qurbanlarından 200 mülki şəxsin meyitini Əsgəran qalası ətrafında basdırıblar.
Sumqayit.tv-in xəbərinə görə, bu barədə məlumatı Dövlət Təhlükəsizliyi Xidməti yayıb.
Bildirilib ki, dindirilməsi zamanı təqsirləndirilən şəxs Raşid Beqlaryan 1992-ci ilin fevral ayında Xocalı faciəsinin törədilməsində iştirakçı olması barədə məlumat verərək bildirib ki, 25 fevral 1992-ci il tarixində Ermənistan silahlı qüvvələri və onların tabeçiliyində fəaliyyət göstərən qanunsuz erməni silahlı birləşmələrinin Xankəndi şəhərindən mülki əhalinin sıx yaşadığı Xocalı şəhərinə etdikləri hücum vaxtı qabaqcadan qurulmuş plana uyğun olaraq, sağ qalmış azərbaycanlı dinc sakinlərə təhlükəsiz qaydada Əsgəran rayonundan keçməklə Ağdam rayonu istiqamətində gedə biləcəklərinə dair yalan vədlər verilib, 26 fevral 1992-ci il tarixində özünün də daxil olduğu həmin silahlı birləşmələr azərbaycanlıları kütləvi qırğına məruz qoymaq məqsədilə Qarqarçayın sahili boyunca Ağdam rayonuna doğru hərəkət edən, əksəriyyəti qadın, uşaq və yaşlı insanlardan ibarət 200 nəfərədək mülki şəxsi Əsgəran qalasına yaxın ərazidə pusquya salaraq avtomat silahlardan atəş açmaqla qətlə yetirmişlər. Cinayətkar dəstə üzvləri tərəfindən həlak olanların üzərilərindəki şəxsi əşyalar talan edildikdən sonra onların meyitləri basdırılıb.
İfadənin yerində yoxlanılması istintaq hərəkəti zamanı Raşid Beqlaryan mülki əhaliyə qarşı cinayət əməllərinin törədildiyi yerləri əyani şəkildə göstərərək bu barədə ətraflı məlumat verib.

20-11-2023, 11:00 211

Digər xəbərlər

Laçın Yaddaşı: Kalafalı Kəndinin Tarixi Bayatı İrsi - 1987-1988-ci illərin səs salnaməsi (VİDEO)

Şəhriyar Məmmədyarov dünya reytinqində mövqeyini qorudu

Deputat Elnarə Akimova İlham Əliyevlə Pezeşkianın görüşündən yazdı: Bir stəkan su ilə dünyaya diplomatiya dərsi...

Vilayət Eyvazov Sumqayıtda 585 vətəndaşı qəbul etdi-FOTO/VİDEO

Sumqayıtda avtomobil qadını vuraraq öldürdü

Sumqayıtda 45 yaşlı kişi kimyəvi məhluldan zəhərlənərək öldü

Şabranda ölümlə nəticələnən qəzaya görə “pravasız” traktor sürücüsü həbs edildi

İrec İsmayıl: Dil xalqın tarixinin, dünyagörüşünün və mədəni yaddaşının qorunmasının ən mühüm vasitələrindən biridir MÜSAHİBƏ

Sumqayıt filialının sabiq direktoru ile bağlı məhkəmə işinde YENİ DETALLAR

Köçəryan həbsxanadan mesaj göndərdi – “Yavaş-yavaş türk dilini öyrənin”

Kartdan-karta pul köçürmələrinə tətbiq olunan limit ləğv olunur?

İlham Əliyev və Rəcəb Tayyib Ərdoğan Bişkekdə görüşdü

Sumqayıt Apellyasiya Məhkəməsinin avtomobili hərraca çıxarılır

Sumqayıtda Sabir Rüstəmxanlı ilə görüş keçiriləcək

“Sumqayıt” – “Qarabağ” matçından sonra məşqçilər nə dedi?

İlham Əliyev və Məsud Pezeşkian Bişkekdə görüşdü-FOTO

Sağdan ötmə edib qəza şəraiti yaratdı - 50-ES-629 - VİDEO

Sumqayıtda gənc bıçaqlandı – atası şübhəli bilinir

Sumqayıtda zəncirvari yol-nəqliyyat hadisəsi baş verdi - VİDEO

Bakı-Sumqayıt yolunda tıxaclar havanı da çirkləndirir? – Mütəxəssislərdən AÇIQLAMA

1 2 3 4 5 6 7 8 9 10 ... 1105
Bu gün, 18:25
Bu gün, 16:36
Bu gün, 15:44
Bu gün, 15:32
Bu gün, 13:44
Bu gün, 12:03
Bu gün, 11:59
Bu gün, 10:46
Bu gün, 10:41
Bu gün, 10:36
Bu gün, 10:26
Bu gün, 10:10
Bu gün, 09:00
Bu gün, 05:00
Dünən, 23:59
Dünən, 22:51
Dünən, 20:47
Dünən, 19:14
Dünən, 16:52
Dünən, 16:09
Dünən, 13:17
Dünən, 12:30
Dünən, 12:06
Dünən, 11:44
Dünən, 11:35
Dünən, 10:44
30-08-2026, 19:20
30-08-2026, 17:13
30-08-2026, 15:53
30-08-2026, 12:26
29-08-2026, 16:12
29-08-2026, 13:44
29-08-2026, 10:35
29-08-2026, 10:09
28-08-2026, 18:40
28-08-2026, 18:23
28-08-2026, 16:08
28-08-2026, 16:06
28-08-2026, 14:13
28-08-2026, 12:07
1 2 3 4 5 6 7 8 9 10 ... 1105