
Bu ilin yanvar-aprel aylarında Azərbaycanda əhaliyə göstərilən ödənişli xidmətlərin ümumi dəyəri 5 milyard 159,9 milyon manat təşkil edib.
Sumqayit.tv xəbər verir ki, bu göstərici ötən ilin eyni dövrü ilə müqayisədə real ifadədə 8,4 faiz çoxdur.
Məlumata görə, hüquqi şəxslər tərəfindən əhaliyə 3 milyard 951,6 milyon manatlıq xidmət göstərilib ki, bu da ümumi xidmətlərin 76,6 faizini təşkil edib.
Bildirilib ki, 2026-cı ilin ilk 4 ayında ölkə üzrə hər bir sakin orta hesabla 502,6 manatlıq müxtəlif ödənişli xidmətlərdən istifadə edib. Bu göstərici ötən ilin müvafiq dövrü ilə müqayisədə nominal ifadədə 62,5 manat çoxdur.
23-05-2026, 17:43
77