Marko Rubionun İrəvan səfəri regionda nəyi dəyişə bilər?

ABŞ Ermənistanda yeni siyasi mərhələyə keçir?

ABŞ dövlət katibi Marko Rubionun mayın 26-da Ermənistana planlaşdırılan səfəri regionda yeni geosiyasi müzakirələr yaradıb. Rəsmi İrəvan səfərin detalları barədə hələ açıq məlumat verməsə də, Ermənistan xarici işlər naziri Ararat Mirzoyanın açıqlamaları göstərir ki, görüşlərin gündəliyində ciddi məsələlər yer alır.

Ən diqqət çəkən məqamlardan biri isə Ermənistan tərəfinin jurnalistlərin suallarına tam aydın cavab verməməsi oldu. Xüsusilə “TRIPP” və ya “Tramp marşrutu” ilə bağlı sualların cavabsız qalması regionda müxtəlif ehtimalları gündəmə gətirib.

Əslində, ABŞ rəsmisinin Ermənistana səfəri təsadüfi görünmür. Son illər Ermənistanın Qərbə inteqrasiya xəttini gücləndirməsi, Rusiya ilə münasibətlərdə yaranan gərginlik və Avropa ilə yaxınlaşma cəhdləri Vaşinqtonun regiona marağını daha da artırıb.

Paşinyan hakimiyyəti bir tərəfdən Moskvanın təsirindən çıxmağa çalışır, digər tərəfdən isə Qərbin siyasi və iqtisadi dəstəyini əldə etməyə çalışır. ABŞ isə Cənubi Qafqazda yeni balans formalaşdırmaq niyyətini açıq şəkildə nümayiş etdirir.

Marko Rubionun səfəri məhz bu baxımdan diqqətlə izlənilir.

Ekspertlər hesab edirlər ki, səfər zamanı regional nəqliyyat layihələri, Ermənistanın təhlükəsizlik məsələləri, Qərbin investisiyaları, İran və Rusiya faktorları, Azərbaycan-Ermənistan arasında aparılan sülh prosesi və  digər mövzular müzakirə oluna bilər.

Xüsusilə son dövrdə ABŞ-ın regionda diplomatik fəallığının artması Vaşinqtonun Cənubi Qafqazı yeni geosiyasi mərhələnin mühüm hissəsi kimi gördüyünü göstərir.

Digər maraqlı məqam isə Ermənistan tərəfinin “seçki ilə əlaqəsi yoxdur” mesajı verməsidir. Bu isə əksinə, bəzi siyasi dairələrdə səfərin daxili siyasi proseslərlə əlaqəli ola biləcəyi barədə ehtimalları artırır.

Reallıq budur ki, Paşinyanının Qərbyönümlü siyasi xətt yürütməsi artıq daxili siyasi mübarizənin əsas mövzularından birinə çevrilib. Moskva Paşinyanın məğlub olması üçün var gücü ilə Rusiyay bağlı olan namizədləri dəstəkləyir. 

Bütün bunların fonunda Marko Rubionun İrəvan səfəri təkcə diplomatik görüş yox, həm də regionun gələcək siyasi xəritəsinə təsir edə biləcək hadisə kimi qiymətləndirilir.


Sumqayit.tv Təhlil bölməsi


25-05-2026, 12:56 91

Digər xəbərlər

Sumqayıt TV-nin gündəmə gətirdiyi problem həll olundu – 5-ci mikrorayonda küçə işıqları quraşdırıldı

Azərbaycanda elektron diplomların verilməsinə başlanıldı

Artıq "mygov" üzərindən vəkil və bank etibarnaməsi vermək mümkün olacaq

"Qurd dərəsi" sakinləri yolların bərbad vəziyyətindən şikayətçidir

Jurnalistika məzunlarının işlə təmin olunma göstəricisi açıqlandı

Emil Mustafayevdən iddialı mesaj: “Yüksək hədəflər uğrunda mübarizə aparacağıq”

Qlobal bazarda qızıl və gümüş kəskin bahalaşdı

SDU magistraturaya daha çox tələbə qəbul edəcək

Sumqayıtlı Rafael Ağayevdən atasının xatirəsinə kövrək paylaşım

Sumqayıtda dənizdə faciənin qarşısı alındı

Sumqayıtda tikinti icazəsi vədi ilə dələduzluq: İş yenidən gündəmdə

Berlin niyə Bakıya daha çox önəm verir? – İlham Əliyevin Almaniya səfərinin siyasi mesajları

Sumqayıt–Qəbələ avtobus marşrutunun daşıyıcısı müəyyənləşdi

Əliyev-Merts görüşü: Berlin danışıqlarından çıxan 5 əsas nəticə-ANALİZ

Azərbaycan milli mətbuatının yaranmasından 151 il ötür

Berlin görüşündə hansı mesajlar verildi? – Əliyev və Mertsdən açıqlamalar-FOTO

Sumqayıtda elektriklə bağlı növbəti şikayət – Sakinlər 7 saatdır işıqsız qaldı

Azərbaycanda ölüm hallarında artım qeydə alınıb

Sumqayıtın bu ərazilərində sabah qaz olmayacaq

Sumqayıtda qalmaqallı qızıl işi: Bəraət hökmündən şikayət verildi

1 2 3 4 5 6 7 8 9 10 ... 1085
Dünən, 22:37
Dünən, 17:11
Dünən, 17:08
Dünən, 15:46
Dünən, 14:12
Dünən, 13:27
Dünən, 13:18
Dünən, 12:31
Dünən, 11:13
Dünən, 11:11
Dünən, 11:09
Dünən, 10:17
Dünən, 10:15
Dünən, 10:00
Dünən, 07:49
Dünən, 00:45
21-07-2026, 20:50
21-07-2026, 17:00
21-07-2026, 16:49
21-07-2026, 16:47
21-07-2026, 16:00
21-07-2026, 15:01
21-07-2026, 14:56
21-07-2026, 14:44
21-07-2026, 14:36
21-07-2026, 14:34
21-07-2026, 14:31
21-07-2026, 14:25
21-07-2026, 12:48
21-07-2026, 12:44
21-07-2026, 12:38
21-07-2026, 12:05
21-07-2026, 10:32
20-07-2026, 22:33
20-07-2026, 21:42
20-07-2026, 19:44
20-07-2026, 15:53
20-07-2026, 15:21
20-07-2026, 14:43
20-07-2026, 14:38
1 2 3 4 5 6 7 8 9 10 ... 1085