"Prius"la fəhləçilik arasında ruzi axtarışı


Əlbəttə insanın yaşaması üçün onun mütləq səbəbləri olmalıdır. Daha doğrusu, səbəbləri yaradacaq hədəfləri. Uğurlu həyat yolunun ilk addımları hədəfini müəyyənləşdirməklə atılmalıdır. Ətrafa nəzər salanda gəncliyimiz üçün hədəf və  addım üçün münbit şərait demək olar ki yoxdur. Başa düşürəm əziyyətsiz heç nə olmur. Lakin əziyyətlər bir nöqtəyə qədər. İşsizlikdən yaranan mənzərənin fonunda günəmuzd işə ayaq döyən üçün nə hədəf?
 Yaxınlarda tanımadığım gənc adamla söhbət etdim. Görünüşcə gəncliyinə zəhməti qalib gəlib, çöhrəsini soldurmuşdu. Rayondan gəlib, kirayədə qalır. Ailəlidir, üstəlik, kredit asılılığına da düçar olub. Gəlib tikintidə fəhlə işləyir. Axşam saat 6-nı gözləyir ki, gedib yatacaq. Bu da onun könlünü xoş etmir. Çünki,  təkrarən səhər tezdən saat 6-da oyanmaq var. Niyə bunu yazıram?
Çünki, bu mənasızlaşmış həyatla hansı hədəfə köklənmək olar?!
 Bu kimi hallar o qədərdi ki... İşsizlik sindiromu insanların psixologiyasını korlayan kimi heç nə korlamır. Hara baxırsan, iş elanları doludur. Misal üçün bir müəssisə, gecə növbəsi iş təklif edir: 12 saat  iş, kompyuter proqramları, ingilis və rus dili, operativ, xoş görünüş, gülərüz və s.
Bəs əmək haqqı nə qədər?!
Utanmır deyir ki, 400 manat və artacaq. Yəni elm, savad bu qədər ucuzlaşıb ki, elanda göstərilən kriteriyalara rəğmən 400 manat?! Artım da 50 manat. Özünü bu yolla inkişaf etdirmək imkanına sahib adam niyə gecəsinə haram qatsın axı?!
 Bu kimi hallar çoxdur. İnsanların məcburiyyət hallarından maksimum istifadə edilir. Heç bir qanunla yanaşı gətiriləcək durum deyil. İndi bu çal-çağırda hədəf(lər)ini müəyyənləşdirmək yerinə, başını itirən gənclik qatar kimi ötür keçir gözümüzdən. İnsanlar gecikir, əI çəkir, laqeydləşir, unudur, yaşamır, sadəcə oksigen korlamaqla məşğuldurlar.
Hara baxırıq özünü inkişaf proqramları, təlimlər, ürəksiz könüllülər. Əladır!  Motivasiya verirsiz elə metroya enən kimi həmin o pozitiv ruh boğulur  sıxlıqda. O biri dayanacağa sağ çıxmır heç. Bir tərəfdə avtoqəzalarda alınan  canlar. Günahkar da Toyotanın enerji ilə işləyən yetim "Pirus"udur. Bildi-bilmədi hamı da söyür bir ucdan. Başa düşmürlər ki, "Prius" normalda benzinə qənaət etmək üçündür. Bizdə də bu mübarək xüsusiyyətlərinə görə "Prius"u taksi kimi "çapırlar". Hələ gündəlik 25 manata icarədirsə, mal özgənin prinsipi düşür işə. Elə işsizlər də məcburiyyətdən düşürlər işə. Taksi kimi işlə, maşına benzin al, maşının icarəsini ver, taksi şirkətinin haqqı, gözlənilməz mühərrik xərcləri və cərimələri demirəm hələ. Qəpik-quruş qalsa, evdəkilərə də nəsə aparacaq. Qalmasa da, uşaqlar "oboy" yeyəcək. Ona görə də məcburdu ki,  sutkada 20 saat "Prius"u "çapsın" ki, evinə pul aparsın. Belə halda qəzalar qaçılmaz olur. Başlayırıq sürücünü qınamağa. Qınayanlar da  1 manatlıq yola elə  1 manat verənlərdi. Amma düşünmürük ki, adam yuxu normasını yatmayıb, evdə balalarının aclığı onun beyninin alt qatındadır və s.
Bilmədim hardan başlayım, harda qurtarım. Qısası, sözümün məğzi budur ki, heç kəs hədəfsiz yaşamaq istəməz. Kimsə arzulamır fəhləçiliyi, 20 saat taksi sürüb qəzaya düşməyi. Hərə bir yolla yaşamağa çalışır. Hər kəsin işi avand olsun. Boş durmaq boşluqdur...

Müəllif: Abdulla ABDULLAYEV

23-10-2022, 15:25 302

Digər xəbərlər

Peskovun Paşinyana mesajı nə deməkdir? – Politoloq Moskvanın mövqeyini açıqladı

Ali təhsil müəssisələrinə qəbul nəticələri açıqlanıb

Paşinyan niyə KTMT-dən özü çıxmaq istəmir? – Deputatdan açıqlama

YENİLƏNİB: Yolda qalan sərnişinlər üçün yeni avtobus göndərildi

Daxili işlər naziri sentyabrda Sumqayıtda vətəndaşları qəbul edəcək

YENİLƏNİB: 5 nömrəli avtobusda sərnişinlə sürücü arasında mübahisə: Qapılar 15 dəqiqə bağlı saxlanılıb?-VİDEO

Bakı–Daşkənd xətti: Qardaşlığın Türk dünyasının yüksəlişində yeni mərhələsi

Sumqayıtda konsert gecəsi – İfaçıların adları açıqlanıb

Bakı-Sumqayıt yolunda tıxac bitmir

Kolleclərə ixtisas seçiminin vaxtı açıqlanıb

İlham Əliyev Volodimir Zelenskini təbrik edib

Sumqayıt və Bakıda mağazalardan oğurluq edən şəxs 4 il həbs cəzası alıb

Sumqayıtda din xadimləri üçün seminar keçiriləcək

Sumqayıtın tarixini əks etdirən video hazırlanıb

Azərbaycan və Özbəkistan arasında əbədi dostluq müqaviləsi imzalandı – Əsas müddəalar AÇIQLANDI

Dövlət mühafizəsi sahəsində çalışan əməkdaşların peşə bayramıdır

Sarayda körpünün ətrafındakı yollar bərbad vəziyyətdədir: Sakinlər çıxış yolu istəyir

Azərbaycanda süd, yumurta və ət bahalaşıb

SDU-da 45 il çalışan müəllim dünyasını dəyişib

Azərbaycan–Özbəkistan qardaşlığı: Ortaq gələcəyə uzanan strateji yol

1 2 3 4 5 6 7 8 9 10 ... 1101
Bu gün, 19:36
Bu gün, 18:39
Bu gün, 17:32
Bu gün, 16:11
Bu gün, 16:10
Bu gün, 16:05
Bu gün, 15:20
Bu gün, 14:57
Bu gün, 13:15
Bu gün, 11:46
Bu gün, 11:40
Bu gün, 11:27
Bu gün, 11:19
Bu gün, 09:24
Dünən, 20:32
Dünən, 11:47
22-08-2026, 20:55
22-08-2026, 16:27
22-08-2026, 12:50
22-08-2026, 12:17
22-08-2026, 11:28
22-08-2026, 01:10
21-08-2026, 19:05
21-08-2026, 15:19
21-08-2026, 14:03
21-08-2026, 13:36
21-08-2026, 11:24
21-08-2026, 11:19
21-08-2026, 11:10
21-08-2026, 07:08
20-08-2026, 23:45
20-08-2026, 21:41
20-08-2026, 18:29
20-08-2026, 17:35
20-08-2026, 17:17
20-08-2026, 16:07
20-08-2026, 16:03
20-08-2026, 14:12
20-08-2026, 10:12
20-08-2026, 09:31
1 2 3 4 5 6 7 8 9 10 ... 1101