Sumqayıt Regional Mərkəzinin əməkdaşı Azərbaycan çempionatında medal qazandı


18-19 aprel tarixlərində Azərbaycan Gənclər və İdman Nazirliyinin dəstəyi, Azərbaycan Bodibildinq və Fitnes Federasiyasının təşkilatçılığı ilə yeniyetmələr, gənclər, böyüklər və masterlər arasında qol güləşi üzrə Azərbaycan çempionatı keçirilib.

Sumqayit.tv xəbər verir ki, ölkənin müxtəlif şəhər və rayonlarından, klub və idman cəmiyyətlərindən 200-ə yaxın idmançının iştirak etdiyi yarışda Fövqəladə Hallar Nazirliyinin qol güləşi üzrə yığma komandasının üzvləri uğurlu nəticələr əldə ediblər.

Belə ki, Dövlət Yanğından Mühafizə Xidmətinin əməkdaşı, daxili xidmət çavuşu Sənan Şükürov 86 kiloqram çəki dərəcəsində sağ qol üzrə bütün rəqiblərinə qalib gələrək qızıl medal, sol qol üzrə isə gümüş medal qazanıb.

Komandanın digər üzvü, Sumqayıt Regional Mərkəzinin əməkdaşı mayor Rəşad Hacıyev isə +105 kiloqram çəki dərəcəsində master kateqoriyasında sağ qol üzrə mübarizə apararaq çempionatın gümüş medalına layiq görülüb.

Bundan başqa, aprelin 18-də Gənclər və İdman Nazirliyi və Azərbaycan Bilyard Federasiyasının birgə təşkilatçılığı ilə dövlət qurumlarının əməkdaşları arasında bilyard yarışı da keçirilib.

Yarışda FHN-in Xüsusi Riskli Xilasetmə Xidmətinin əməkdaşı gizir Rauf Əsgərov gümüş, Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin əməkdaşı leytenant Cavid Mustafazadə isə bürünc medal qazanıb.

Qaliblərə Gənclər və İdman Nazirliyi tərəfindən medal və diplomlar təqdim olunub.


20-04-2026, 18:17 309

Digər xəbərlər

Dünya çempionatı futbolçuların bazar dəyərini dəyişdi – İlk 10-luq məlum oldu

SDU-dan mühüm uğur: Akkreditasiya Şurası qərarını açıqladı

Çimərliklərdə sabaha gözlənilən hava şəraiti açıqlanıb.

Respublika üzrə iyul ayının pensiya ödənişləri yekunlaşıb.

Sabah hava 39 dərəcəyədək isinəcək

Masazırda ağır cinayət işi yenidən araşdırılacaq – Apellyasiya qərarı ləğv edildi

Sumqayıtda bağlı qapı arxasında qalan sakinlər xilas edildi

Sumqayıtda evdən kişi meyiti tapıldı

Sumqayıt TV-nin gündəmə gətirdiyi problem həll olundu – 5-ci mikrorayonda küçə işıqları quraşdırıldı

Azərbaycanda elektron diplomların verilməsinə başlanıldı

Artıq "mygov" üzərindən vəkil və bank etibarnaməsi vermək mümkün olacaq

"Qurd dərəsi" sakinləri yolların bərbad vəziyyətindən şikayətçidir

Jurnalistika məzunlarının işlə təmin olunma göstəricisi açıqlandı

Emil Mustafayevdən iddialı mesaj: “Yüksək hədəflər uğrunda mübarizə aparacağıq”

Qlobal bazarda qızıl və gümüş kəskin bahalaşdı

SDU magistraturaya daha çox tələbə qəbul edəcək

Sumqayıtlı Rafael Ağayevdən atasının xatirəsinə kövrək paylaşım

Sumqayıtda dənizdə faciənin qarşısı alındı

Sumqayıtda tikinti icazəsi vədi ilə dələduzluq: İş yenidən gündəmdə

Berlin niyə Bakıya daha çox önəm verir? – İlham Əliyevin Almaniya səfərinin siyasi mesajları

1 2 3 4 5 6 7 8 9 10 ... 1086
Bu gün, 13:17
Bu gün, 13:13
Bu gün, 13:01
Bu gün, 12:41
Bu gün, 12:20
Bu gün, 12:18
Bu gün, 12:17
Bu gün, 11:00
Dünən, 22:37
Dünən, 17:11
Dünən, 17:08
Dünən, 15:46
Dünən, 14:12
Dünən, 13:27
Dünən, 13:18
Dünən, 12:31
Dünən, 11:13
Dünən, 11:11
Dünən, 11:09
Dünən, 10:17
Dünən, 10:15
Dünən, 10:00
Dünən, 07:49
Dünən, 00:45
21-07-2026, 20:50
21-07-2026, 17:00
21-07-2026, 16:49
21-07-2026, 16:47
21-07-2026, 16:00
21-07-2026, 15:01
21-07-2026, 14:56
21-07-2026, 14:44
21-07-2026, 14:36
21-07-2026, 14:34
21-07-2026, 14:31
21-07-2026, 14:25
21-07-2026, 12:48
21-07-2026, 12:44
21-07-2026, 12:38
21-07-2026, 12:05
1 2 3 4 5 6 7 8 9 10 ... 1086