Sumqayıt teatrının iştirakı ilə Natiq Qasımova həsr olunan “Ölməz” tamaşası Mingəçevirdə təqdim edilib-FOTOLAR

 

Azərbaycanın Milli Qəhrəmanı Natiq Qasımova həsr olunan “Ölməz” monotamaşası onun vaxtilə yaşadığı Mingəçevirdə nümayiş olunub.

Sumqayit.tv xəbər verir ki, təqdimat Heydər Əliyev Fondu, Mədəniyyət Nazirliyi, Azərbaycan Teatr Xadimləri İttifaqı, eləcə də Sumqayıt Dövlət Dram Teatrı və Mingəçevir Dövlət Dram Teatrının birgə təşkilatçılığı ilə baş tutub.

Səhnə əsərinin müəllifi və quruluşçu rəssamı Elşən Sərxanoğlu, quruluşçu rejissoru Xalq artisti Firudin Məhərrəmov, rejissoru isə Ümid Abbaszadədir. Monotamaşada Sumqayıt Dövlət Dram Teatrının aktyoru Elay Xasıyev çıxış edib.

Səhnə əsərində Milli Qəhrəman Natiq Qasımovun igidliyi, vətənpərvərliyi və fədakarlığı səhnələşdirilib. Onun 5 gün ərzində təkbaşına mühasirədə göstərdiyi müqavimət və Xocalıda girov götürülən 22 sakinin xilas edilməsi üçün verdiyi mübarizə tamaşada xüsusi vurğulanıb.

Qeyd edək ki, Natiq Qasımov 2024-cü il iyunun 25-də Prezident İlham Əliyevin Sərəncamı ilə ölümündən sonra “Azərbaycanın Milli Qəhrəmanı” adına layiq görülüb.

 

 

 

 

 

 


18-04-2026, 16:37 280
Bu gün, 14:08
Bu gün, 13:20
Bu gün, 13:08
Bu gün, 11:53
Dünən, 21:19
Dünən, 18:49
Dünən, 15:17
Dünən, 12:09
Dünən, 11:53
2-06-2026, 16:53
2-06-2026, 16:33
2-06-2026, 10:17
1-06-2026, 18:20
1-06-2026, 18:16
1-06-2026, 18:09
1-06-2026, 14:57
1-06-2026, 14:52
1-06-2026, 14:44
1-06-2026, 14:31
1-06-2026, 11:40
1-06-2026, 10:18
31-05-2026, 15:57
31-05-2026, 15:53
30-05-2026, 18:24
30-05-2026, 18:20
30-05-2026, 15:01
30-05-2026, 11:17
30-05-2026, 11:05
30-05-2026, 10:40
30-05-2026, 07:41
29-05-2026, 22:31
29-05-2026, 21:20
29-05-2026, 20:30
29-05-2026, 12:19
29-05-2026, 10:17
29-05-2026, 10:14
28-05-2026, 10:45
27-05-2026, 23:48
27-05-2026, 23:19
27-05-2026, 21:37
1 2 3 4 5 6 7 8 9 10 ... 1060