
Sumqayıt şəhərinin 49-cu məhəlləsində, Aşıq İmran küçəsində intensiv yağıntılardan sonra ciddi problemlər yaranıb.
Sumqayit.tv xəbər verir ki, güclü yağışlar nəticəsində həm küçələr, həm də bəzi evlərin həyətləri su ilə dolub.
Sakinlərin sözlərinə görə, ərazidə kanalizasiya sistemi işləmədiyi üçün yağış suları vaxtında axıdılmır. Nəticədə yollar keçilməz vəziyyətə düşür.
Yollarda yaranan iri gölməçələr və palçıqlı sahələr nəqliyyatın hərəkətini çətinləşdirir, piyadalar isə ciddi çətinliklərlə üzləşirlər.
Ərazidə yaşayanlar bildirir ki, bu problem ilk dəfə deyil və hər güclü yağışdan sonra eyni vəziyyət təkrarlanır.
Sakinlər aidiyyəti qurumlardan məsələ ilə bağlı təcili tədbir görülməsini tələb edirlər.
Məsələ ilə bağlı hələlik rəsmi qurumların mövqeyi açıqlanmayıb.
Elşən Yəhyayev




Bu gün, 20:36
14