Sumqayıtda 125 nəfər metadon proqramı üzrə müalicə alır

 

Azərbaycanda metadonla əvəzedici müalicə proqramı çərçivəsində Sumqayıt şəhərində 125 nəfər müalicə alır.

Sumqayit.tv xəbər verir ki, bu barədə Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə qarşı Mübarizə üzrə Dövlət Komissiyasının 2026-cı ilin yanvar-mart ayları üzrə məlumatında qeyd olunub.

Məlumata əsasən, ölkə üzrə ümumilikdə 3 məntəqədə 698 nəfər bu proqramdan yararlanır. Onlardan 276 nəfər Respublika Narkoloji Mərkəzində, 297 nəfər QİÇS-lə Mübarizə Mərkəzində, 125 nəfər isə Sumqayıt Narkoloji Mərkəzində müalicə alır.

Hesabatda həmçinin bildirilib ki, cari ilin ilk üç ayı ərzində “802” qaynar xəttinə 183 müraciət daxil olub. Bu müraciətlərin 16-sı narkotik vasitələrin qanunsuz dövriyyəsi, 16-sı narkotik asılılıqdan müalicə, 151-i isə digər məsələlərlə bağlı olub.

Qeyd edək ki, metadonla əvəzedici müalicə proqramı narkotik asılılığı olan şəxslərin müalicəsi və reabilitasiyası məqsədilə həyata keçirilir.


15-04-2026, 12:59 304
Bu gün, 16:36
Bu gün, 15:48
Bu gün, 15:20
Bu gün, 14:34
Bu gün, 13:44
Bu gün, 13:17
Bu gün, 13:13
Bu gün, 13:01
Bu gün, 12:41
Bu gün, 12:20
Bu gün, 12:18
Bu gün, 12:17
Bu gün, 11:00
Dünən, 22:37
Dünən, 17:11
Dünən, 17:08
Dünən, 15:46
Dünən, 14:12
Dünən, 13:27
Dünən, 13:18
Dünən, 12:31
Dünən, 11:13
Dünən, 11:11
Dünən, 11:09
Dünən, 10:17
Dünən, 10:15
Dünən, 10:00
Dünən, 07:49
Dünən, 00:45
21-07-2026, 20:50
21-07-2026, 17:00
21-07-2026, 16:49
21-07-2026, 16:47
21-07-2026, 16:00
21-07-2026, 15:01
21-07-2026, 14:56
21-07-2026, 14:44
21-07-2026, 14:36
21-07-2026, 14:34
21-07-2026, 14:31
1 2 3 4 5 6 7 8 9 10 ... 1086