
Son günlər Sumqayıt şəhərində yarımstansiyaların yaxınlığında aparılan tikinti işləri ilə bağlı müxtəlif iddialar səsləndirilir. Sakinlər arasında həmin tikililərin obyekt məqsədilə inşa edildiyi barədə fikirlər yayılıb.
Sumqayit.tv xəbər verir ki, məsələ ilə bağlı yayılan məlumatlarda qeyd olunur ki, şəhər ərazisində 13 nöqtədə bu tip tikinti işləri həyata keçirilir. Bildirilir ki, həmin layihələr “Azərişıq” ASC tərəfindən həyata keçirilən transformator məntəqələrinin inşası ilə bağlıdır.
Məlumatlara əsasən, enerji təchizatının gücləndirilməsi və şəbəkənin dayanıqlığının artırılması məqsədilə aparılan işlər çərçivəsində daha 7 transformator məntəqəsinin də tikintisi planlaşdırılır.
VİDEO LİNK: (16)Son günlər bəzi ərazilərdə aparılan tikinti işləri ilə bağlı müxtəlif ... | TikTok
Bu gün, 15:00
52