Sumqayıtda abituriyentlər üçün “Uğura doğru bir addım” tədbiri keçirildi-FOTOLAR

 
Sumqayıt Dövlət Universitetinin bir qrup tələbəsinin təşəbbüsü, Milli Məclisin deputatı Səbinə Salmanovanın təşkilatçılığı ilə Sumqayıt şəhərindəki Muğam Mərkəzində abituriyentlər üçün “Uğura doğru bir addım” adlı tədbir keçirilib.

Toplantıda əvvəlcə Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyev, görkəmli oftalmoloq-alim, akademik Zərifə Əliyevanın və Vətənimizin azadlığı uğrunda canlarını fəda etmiş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Tədbirdə qeyd olunub ki, akademik Zərifə Əliyevanın vəfatından 41 il ötür. Onun zəngin həyat yolu, tibb elminə verdiyi töhfələr və Azərbaycan səhiyyəsinin inkişafındakı rolu barədə geniş məlumat verilib.

Sonra açılış üçün söz Milli Məclisin deputatı Səbinə Salmanovaya verilib. Deputat çıxışında qeyd edib ki, müasir dövrdə hər bir ölkənin inkişafı, ilk növbədə, onun gənclərinin bilik və bacarığından, dünyagörüşündən və fəallığından asılıdır:

“Sevindirici haldır ki, Azərbaycan gəncliyi bu gün çox fəaldır, yeniliklərə açıqdır və qloballaşan dünyanın çağırışlarına layiqincə cavab verirlər. Bu istiqamətdə dövlətimizin həyata keçirdiyi siyasət mühüm rol oynayır. Xüsusilə, Möhtərəm Prezident İlham Əliyev tərəfindən gənclərə göstərilən diqqət və qayğı hər birimiz üçün nümunədir. Gənclərimizin inkişafı, onların potensialının üzə çıxarılması daim dövlət siyasətinin prioritet istiqamətlərindən biridir.

S.Salmanova söyləyib ki, bu gün Azərbaycanda gənclərin yüksək səviyyədə təhsil alması üçün geniş imkanlar yaradılıb:

“Müasir məktəblər, innovativ tədris metodları, beynəlxalq təcrübəyə əsaslanan proqramlar gənclərimizin hərtərəfli inkişafına xidmət edir. Ölkəmizdə Birinci vitse-prezidentimiz Mehriban xanım Əliyeva tərəfindən həyata keçirilən sosial və humanitar təşəbbüslər, xüsusilə Heydər Əliyev Fondu tərəfindən təhsilin inkişafına yönəlmiş layihələr sizin daha keyfiyyətli təhsil almanıza geniş imkanlar yaradır”.

Deputat vurğulayıb ki, uğura gedən yol heç vaxt asan olmur: “Bu yol zəhmət, səbir, intizam və ən əsası özünə inam tələb edir. Əziz abituriyentlərimiz, bəzən yorula, çətinliklərlə qarşılaşa bilərsiniz. Lakin unutmayın ki, hər bir çətinlik sizi daha da gücləndirir, məqsədinizə bir addım da yaxınlaşdırır. Əsas odur ki, heç vaxt geri çəkilməyəsiniz, ruhdan düşməyəsiniz. Çünki uğuru yalnız sona qədər mübarizə aparanlar əldə edir”.

Daha sonra çıxış edən Milli Məclisin deputatı Zaur Şükürov abituriyentlərə müraciət edərək bildirib ki, qarşıda duran imtahan mərhələsi onların həyatında mühüm dönüş nöqtəsidir. Onun sözlərinə görə, uğur əldə etmək istəyən hər bir abituriyent vaxtını düzgün planlaşdırmalı, gündəlik hazırlıq rejiminə ciddi yanaşmalı və qarşıya qoyduğu hədəflərə addım-addım irəliləməlidir.

Parlamentari həmçinin vurğulayıb ki, hər bir valideyn övladının fərdi qabiliyyətlərini nəzərə almalı, onu başqaları ilə müqayisə etməməli və öz potensialını reallaşdırmasına şərait yaratmalıdır. O bildirib ki, uğur yalnız yüksək bal toplamaqla ölçülmür, əsas məsələ düzgün ixtisas seçimi və gələcəkdə cəmiyyət üçün faydalı bir şəxsiyyət kimi formalaşmaqdır.

Sumqayıt şəhər icra hakimiyyəti başçısının birinci müavini Teymur Səmədov isə çıxışında şəhərdə həyata keçirilən sosial-iqtisadi layihələrdən, xüsusilə gənclərin inkişafına yönəlmiş tədbirlərdən bəhs edib. O bildirib ki, Prezident İlham Əliyevin tapşırıq və tövsiyələri ilə Sumqayıt şəhərində son illər ərzində təhsil infrastrukturunun gücləndirilməsi, yeni məktəblərin tikintisi və mövcud təhsil müəssisələrinin müasirləşdirilməsi istiqamətində mühüm işlər görülüb.

T.Səmədov abituriyentlərə bir sıra tövsiyələr də verib. O bildirib ki, uğur qazanmaq üçün ilk növbədə qarşıya konkret məqsədlər qoyulmalı və bu məqsədlərə çatmaq üçün planlı şəkildə çalışılmalıdır.

İcra başçısının birinci müavini qeyd edib ki, imtahanlara hazırlıq prosesində davamlılıq və intizam əsas rol oynayır. O, gənclərə tövsiyə edib ki, vaxtlarını düzgün bölüşdürsünlər, gündəlik dərs rejiminə riayət etsinlər və öz üzərlərində mütəmadi çalışsınlar.

Sumqayıt şəhəri üzrə təhsil sektorunun müdiri İman Ağayev çıxışında şəhərdə fəaliyyət göstərən ümumtəhsil məktəblərinin uğurlarından da bəhs edib. O qeyd edib ki, Sumqayıt şəhərində məktəblərin fəaliyyəti ildən-ilə daha da təkmilləşir, tədrisin keyfiyyəti yüksəlir və bu da öz növbəsində şagirdlərin hər il yüksək nəticələr göstərməsində öz əksini tapır.

İ.Ağayev bildirib ki, son illər ərzində şəhər məktəblərinin məzunları qəbul imtahanlarında yüksək bal toplayaraq ölkənin nüfuzlu ali təhsil müəssisələrinə qəbul olunur, müxtəlif fənn olimpiadalarında və bilik yarışlarında uğurla çıxış edirlər. Onun sözlərinə görə, əldə olunan bu nailiyyətlər müəllimlərin peşəkarlığının, şagirdlərin zəhmətinin və valideyn dəstəyinin nəticəsidir.

Çıxışlardan sonra mütəxəssislərin iştirakı ilə seminarlar təşkil olunub. Seminar çərçivəsində imtahan həyəcanı, psixoloji gərginlik, düzgün planlama və motivasiyanın qorunması kimi hər bir abituriyent üçün vacib olan mövzular ətrafında geniş müzakirələr aparılıb.

“Psixoloji İnkişaf və Maarifləndirməyə Dəstək” İctimai Birliyinin sədri, Bakı Dövlət Universitetinin “Gender və tətbiqi psixologiya” kafedrasının müəllimi Kamil Həmidov da çıxış edərək abituriyentlərə psixoloji hazırlığın vacibliyindən bəhs edib. O bildirib ki, imtahan dövründə yalnız akademik biliklər deyil, eyni zamanda emosional sabitlik və düzgün psixoloji yanaşma da uğurun əsas amillərindəndir.

K.Həmidov qeyd edib ki, bir çox hallarda abituriyentlərdə yaranan stress və həyəcan onların real bilik səviyyəsini tam şəkildə nümayiş etdirməsinə mane olur. Psixoloq vurğulayıb ki, uğur qazanmaq üçün həm zehni, həm də psixoloji hazırlıq paralel şəkildə aparılmalıdır.

Tədbirdə Bakı Dövlət Universitetinin Psixoloji Yardım Sektorunun psixoloqu, BDU-nun “Liderlik məktəbi” və “Psixologiya klubu” layihələrinin rəhbəri, Klinik psixoloq Natəvan Həsənzadə də maraqlı təqdimatla çıxış edib. O, çıxışı zamanı abituriyentlərin imtahan öncəsi və imtahan dövründə yaşadıqları stress, həyəcan və emosional gərginlik halları barədə danışıb. abituriyentlər öz üzərlərində təzyiq yaratmamalı, əksinə, hazırlıq prosesinə daha sakit və planlı yanaşmalıdırlar. O qeyd edib ki, kiçik fasilələrlə işləmək, nəfəs və rahatlama texnikalarından istifadə etmək, həmçinin gündəlik rejimi düzgün qurmaq imtahan performansını əhəmiyyətli dərəcədə yaxşılaşdırır.

Psixoloq həmçinin bildirib ki, hər bir gənc öz potensialına inanmalı və uğuru yalnız nəticə deyil, proses kimi dəyərləndirməlidir. Onun sözlərinə görə, sağlam düşüncə tərzi formalaşdıran abituriyentlər imtahan mərhələsini daha rahat və inamla keçir.

Tanınmış ictimai siyasi xadim , Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının müəllimi, Elmlər doktoru Adəm İsmayıl Bakuvinin çıxışı isə tədbir iştirakçıları tərəfindən maraqla qarşılanıb. O, çıxışı zamanı gənclərin müasir dövrdə üzləşdiyi çağırışlardan, düzgün ixtisas seçiminin vacibliyindən və liderlik keyfiyyətlərinin formalaşdırılmasının əhəmiyyətindən danışıb. Adəm İsmayıl Bakuvi bildirib ki, bu gün uğurlu karyera qurmaq üçün yalnız akademik bilik kifayət etmir, eyni zamanda analitik düşüncə, məsuliyyət və davamlı özünüinkişaf da əsas şərtlərdəndir.

O vurğulayıb ki, gənclər hədəflərini dəqiq müəyyən etməli, qarşılarına real və ölçülə bilən məqsədlər qoymalı və həmin məqsədlərə çatmaq üçün sistemli şəkildə çalışmalıdırlar. Onun sözlərinə görə, hər bir uğurun arxasında planlı yanaşma və güclü iradə dayanır. Elmlər doktoru həmçinin çıxışında qeyd edib ki, Azərbaycan gəncliyi potensial baxımından çox güclüdür və düzgün istiqamətləndirildiyi halda ölkənin gələcək inkişafında mühüm rol oynaya bilər.

Sumqayıt Şəhər İcra Hakimiyyəti yanında fəaliyyət göstərən İctimai Şuranın sədri, “DOSTlar Klubu”nun sədri Hümbət Quliyev çıxışında abituriyentlərə uğurlar arzulayıb və onların gələcəkdə cəmiyyətə faydalı, fəal və məsuliyyətli vətəndaşlar kimi yetişəcəklərinə inandığını bildirib.

Tədbir çərçivəsində interaktiv formatda təşkil olunan sual-cavab sessiyasında abituriyentlərin sualları cavablandırılıb. İştirakçılar onlara maraqlı olan mövzularla bağlı mütəxəssislərə müxtəlif suallar ünvanlayıb, spikerlər isə onlara ətraflı və maarifləndirici cavablar veriblər.

Deputat Səbinə Salmanova sonda yaradılan şəraitə və göstərilən dəstəyə görə Sumqayıt Şəhər İcra Hakimiyyətinin başçısı Zakir Fərəcova, Abşeron-Xızı Regional Təhsil İdarəsinin müdiri İlhamə Abdullayevaya və Sumqayıt Dövlət Universitetinin rəhbərliyinə, toplantıda iştirak edən abituriyenlərə, onların valideyn və müəllimlərinə təşəkkür edib.

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

Bu gün, 18:35 18

Digər xəbərlər

Türkiyənin Kahramanmaraş şəhərində məktəbdə baş verən silahlı hücum nəticəsində ölənlərin sayı artıb.

Sumqayıtda dəm qazı faciəsi: Daha iki uşaq dövlət himayəsinə veriləcək

Sumqayıtda aprelin 19-da imtahan keçiriləcək

Sumqayıtda abituriyentlər üçün “Uğura doğru bir addım” tədbiri keçirildi-FOTOLAR

Sumqayıtda 125 nəfər metadon proqramı üzrə müalicə alır

Sumqayıtda karbamid istehsalı azalıb – rəsmi rəqəmlər açıqlandı

Sumqayıtda mağazadan oğurluq edən şəxslər saxlanıldı

Sumqayıt və Abşeronda I sinfə qəbul: bu məktəblərdə prioritet tətbiq olunacaq - FOTO

Sumqayıtda vətəndaş iddia edir: “Qaz sayğacımı qanunsuz söküb apardılar” - FOTO/VİDEO

Sumqayıtda 3 nəfəri qətlə yetirərək ömürlük həbs cəzası alan şəxslə bağlı QƏRAR

Azərbaycanda bu kanalların lisenziyası ləğv edildi

Macarıstana ona görə getdik ki… - Vens

Bakı və Sumqayıtda pensiyalar ödənildi

Sumqayıt “E-Şikayət” statistikasında: müraciətlərin 4,3%-i bu şəhərdəndir

Sumqayıtda qazılan yol təhlükəyə çevrildi – xəbərdarlıq nişanı yoxdur-FOTO/VİDEO

Sumqayıtda MİDA-nın 10 illik fəaliyyəti: minlərlə ailə güzəştli mənzillə təmin olunub

Sumqayıtdan Qubaya getdi, dörd dəfə boşanan kişi ilə qaçan bacısını öldürmək istəd

SON DƏQİQƏ: Sumqayıtda 4 avtomobil və avtobus toqquşdu-FOTO

Ehtiram Hüseynovun Xankəndidə konserti keçirildi – FOTO/VİDEO

Dəm qazından zəhərlənən azyaşlıların vəziyyəti açıqlandı

1 2 3 4 5 6 7 8 9 10 ... 1040
Bu gün, 21:10
Bu gün, 20:29
Bu gün, 19:28
Bu gün, 18:35
Bu gün, 12:59
Bu gün, 12:56
Bu gün, 09:55
Bu gün, 09:51
Bu gün, 00:07
Dünən, 11:55
Dünən, 11:37
Dünən, 11:36
Dünən, 11:32
Dünən, 11:13
13-04-2026, 20:49
13-04-2026, 19:58
13-04-2026, 16:23
13-04-2026, 16:02
13-04-2026, 13:41
13-04-2026, 13:38
13-04-2026, 13:36
13-04-2026, 13:31
13-04-2026, 13:06
13-04-2026, 11:35
13-04-2026, 10:34
12-04-2026, 22:25
12-04-2026, 16:47
11-04-2026, 19:34
11-04-2026, 15:18
11-04-2026, 13:02
10-04-2026, 18:36
10-04-2026, 18:34
10-04-2026, 18:19
10-04-2026, 17:48
10-04-2026, 15:37
10-04-2026, 15:31
10-04-2026, 15:25
10-04-2026, 15:19
10-04-2026, 15:12
10-04-2026, 14:50
1 2 3 4 5 6 7 8 9 10 ... 1040