Millət vəkili Elnarə Akimova növbəti vətəndaş qəbulu keçirdi-FOTOLAR

 

Milli Məclisin deputatı, Yeni Azərbaycan Partiyası İdarə Heyətinin üzvü, filologiya elmləri doktoru Elnarə Akimova 2026-cı ilin aprel ayı üzrə nəzərdə tutulan növbəti vətəndaş qəbulunu keçirib. Qəbul zamanı müxtəlif sosial təbəqələri təmsil edən vətəndaşlar öz müraciət və problemlərini birbaşa deputatın diqqətinə çatdırmaq imkanı əldə ediblər.
Sumqayit.tv xəbər verir ki, görüş çərçivəsində vətəndaşların müraciətləri diqqətlə dinlənilib. Millət vəkili onları narahat edən məsələlərlə ətraflı tanış olub. Səsləndirilən problemlər əsasən işsizlik, kanalizasiya xətlərinin yararsız vəziyyəti, eləcə də bəzi küçələrin asfalt örtüyünün olmaması və ya bərbad vəziyyətdə olması ilə bağlı olub.
Qəbul zamanı ictimai-siyasi proseslərə maraq göstərən gənclərin iştirakı da diqqət çəkib. Belə ki, Sumqayıt Dövlət Universitetinin Politologiya fakültəsinin Sumqayıt şəhər YAP təşkilatında təcrübə keçən tələbələri də görüşdə iştirak edərək vətəndaş müraciətlərinin dinlənilməsi və araşdırılması prosesini yaxından izləyiblər. Bu iştirak onların praktik biliklərinin artırılması baxımından əhəmiyyətli olub.

Deputat tərəfindən hər bir müraciət qeydiyyata alınıb və qaldırılan məsələlərin həlli istiqamətində mövcud qanunvericilik çərçivəsində zəruri addımların atılacağı bildirilib. Vətəndaşların sosial rifahının yaxşılaşdırılması və onların gündəlik problemlərinin operativ həlli məqsədilə aidiyyəti qurumlarla əlaqəli şəkildə işlərin davam etdiriləcəyi vurğulanıb.
Qəbul zamanı vətəndaşlarla səmimi dialoq mühitinin yaradılması, onların problemlərinə həssas yanaşma nümayiş etdirilməsi bir daha göstərib ki, insan amili və sosial məsələlər daim diqqət mərkəzində saxlanılır.

 

 

 

 

 

 

 


17-04-2026, 12:44 324

Digər xəbərlər

Kəlbəcərdə minaya düşərək şəhid olan jurnalistlərin anım günüdür

Sumqayıtda qətl hadisəsi baş verib - VİDEO

Sumqayıt Dövlət Universitetində “Microsoft” həlləri istifadəyə verilib-VİDEO

Əməkdar məşqçi Rafael Məmmədovun doğum günüdür

İyunun 7-də qəbul imtahanı keçiriləcək – vacib saat açıqlandı

Sumqayıt istiqamətində tıxac problemini azaldacaq yeni layihə - VİDEO

Enerji gücündən geosiyasi liderliyə: Azərbaycanın yazdığı uğur salnaməsi

Sumqayıtda 1 İyun münasibətilə tədbir keçirilib

Sumqayıtda avtobusda halı pisləşən sərnişin öldü

Sumqayıtda pensiya və sosial müavinətlərlə bağlı ictimai dinləmə keçiriləcək

İyun ayında 10 gün qeyri-iş günü olacaq

Birinci siniflərə qəbul üçün son 4 gün qaldı

İtkin düşən Azərbaycan vətəndaşlarının sayı yeniləndi

Azərbaycan Prezidenti amerikalı həmkarına təşəkkür edib - FOTO

Sarayda qohumunu xüsusi amansızlıqla öldürən şəxsə ağır cəza

Təbrik Quliyev vəzifədən ayrılması ilə bağlı iddialara münasibət bildirib - VİDEO

“BMT ciddi likvidlik problemi ilə üzləşə bilər”

Prezident “Baku Energy Forum”un rəsmi açılış mərasimində iştirak edir-FOTO

Sumqayıtda xəstənin həyatı həkimlərin operativ müdaxiləsi ilə xilas edilib – görüntülər yayıldı - VİDEO

Sumqayıtda aşan ağac yolu bağladı – sürücülər yolu özləri açdı- VİDEO

1 2 3 4 5 6 7 8 9 10 ... 1060
Bu gün, 11:53
Dünən, 21:19
Dünən, 18:49
Dünən, 15:17
Dünən, 12:09
Dünən, 11:53
2-06-2026, 16:53
2-06-2026, 16:33
2-06-2026, 10:17
1-06-2026, 18:20
1-06-2026, 18:16
1-06-2026, 18:09
1-06-2026, 14:57
1-06-2026, 14:52
1-06-2026, 14:44
1-06-2026, 14:31
1-06-2026, 11:40
1-06-2026, 10:18
31-05-2026, 15:57
31-05-2026, 15:53
30-05-2026, 18:24
30-05-2026, 18:20
30-05-2026, 15:01
30-05-2026, 11:17
30-05-2026, 11:05
30-05-2026, 10:40
30-05-2026, 07:41
29-05-2026, 22:31
29-05-2026, 21:20
29-05-2026, 20:30
29-05-2026, 12:19
29-05-2026, 10:17
29-05-2026, 10:14
28-05-2026, 10:45
27-05-2026, 23:48
27-05-2026, 23:19
27-05-2026, 21:37
27-05-2026, 06:40
27-05-2026, 06:36
26-05-2026, 22:23
1 2 3 4 5 6 7 8 9 10 ... 1060