
Sumqayıt şəhəri Ü.Hacıbəyov küçəsində, Dəmiryol vağzalının yaxınlığında fəaliyyət göstərən "Okean" şadlıq evinin tüstü bacalarından atmosferə böyük həcmdə filtrsiz tüstü buraxıldığı müşahidə edilib. Ərazidə hava keyfiyyəti kəskin şəkildə pisləşib, ətraf mühit isə ağır tüstü qoxusu ilə bürünüb.
Faktiki olaraq hər gün fəaliyyət göstərən müəssisənin tullantı qazlarının heç bir təmizləmə və ya filtr sistemindən keçirilmədən birbaşa atmosferə buraxılması ciddi ekoloji narahatlıq doğurur. Vəziyyət xüsusilə Dəmiryol vağzalına gəlib-gedən sakinlər üçün böyük diskomfort yaradır — vağzal ərazisindəki insanlar tüstünün mənfi təsiri ilə üz-üzə qalır.
Qeyd edək ki, Azərbaycan Respublikasının ekoloji qanunvericiliyinə əsasən, müəssisələrin tullantı qazlarını normativ tələblərə uyğun şəkildə filtrləmədən atmosferə buraxması qadağandır. "Okean" şadlıq evinin bu iş rejimi müvafiq dövlət orqanları tərəfindən yoxlanılmalı və lazımi tədbirlərin görülməsi təmin edilməlidir.

Dünən, 23:56
41