
Dövlət Ekoloji Təhlükəsizlik Xidmətinin əməkdaşları tərəfindən aparılan nəzarət tədbirləri zamanı Bakı və Sumqayıt da daxil olmaqla bir sıra bölgələrdə yaşıllıqlara qanunsuz müdaxilə halları müəyyən edilib.
Sumqayit.tv xəbər verir ki, son bir həftə ərzində keçirilən yoxlamalar zamanı Bakı şəhəri ilə yanaşı, Sumqayıt şəhəri, Abşeron, Qax və Oğuz rayonlarında ağacların qanunsuz kəsilməsi faktları aşkarlanıb.
Araşdırma zamanı Sumqayıt şəhəri Səməd Vurğun küçəsində də yaşıllıqlara müdaxilə edildiyi müəyyən olunub.
Ümumilikdə müxtəlif ünvanlarda baş verən qanunsuz ağackəsmə halları nəticəsində yaşıllıqlara 133 140 manat məbləğində ziyan dəydiyi bildirilir.
Qeyd edək ki, hər bir fakt üzrə toplanmış materiallar hüquqi qiymət verilməsi üçün aidiyyəti hüquq-mühafizə orqanlarına göndərilib.
18-04-2026, 16:32
281