Sumqayıt İcra Hakimiyyətinin başçısı 1-ci mikrorayonda sakinlərlə görüş keçirdi - FOTOLAR

Sumqayıt Şəhər İcra Hakimiyyətinin başçısı Zakir Fərəcov tərəfindən şəhər ərazisində vətəndaşlarla növbəti səyyar qəbul təşkil olunub.

Sumqayit.tv-nin məlumatına görə, görüş şəhərin 1-ci mikrorayonunda keçirilib. Qəbulda İcra Hakimiyyətinin məsul əməkdaşları, aidiyyəti idarə və təşkilat rəhbərləri, şəhid ailələrinin üzvləri, qazilər, eləcə də ərazi sakinləri iştirak ediblər.

Tədbir zamanı bildirilib ki, səyyar qəbulların məqsədi vətəndaş müraciətlərinə operativ baxılması, yerli problemlərin yerində araşdırılması və onların həllinin sürətləndirilməsidir. Eyni zamanda bu görüşlərin vətəndaşlarla birbaşa dialoqun gücləndirilməsinə xidmət etdiyi vurğulanıb.

Qəbul zamanı sakinlər tərəfindən sosial təminat, məşğulluq, mənzil-məişət şəraiti, kommunal xidmətlər və digər məsələlərlə bağlı müraciətlər səsləndirilib.

Bir sıra müraciətlər yerində araşdırılaraq həllini tapıb. Əlavə araşdırma tələb edən məsələlərlə bağlı isə aidiyyəti qurumlara tapşırıqlar verilib və icrası nəzarətə götürülüb.

Qeyd olunub ki, vətəndaş müraciətlərinə operativ baxılması məqsədilə səyyar qəbulların keçirilməsi bundan sonra da davam etdiriləcək.

 

 

 

 

 

 


18-04-2026, 15:28 303

Digər xəbərlər

Bu gün, 13:08
Bu gün, 11:53
Dünən, 21:19
Dünən, 18:49
Dünən, 15:17
Dünən, 12:09
Dünən, 11:53
2-06-2026, 16:53
2-06-2026, 16:33
2-06-2026, 10:17
1-06-2026, 18:20
1-06-2026, 18:16
1-06-2026, 18:09
1-06-2026, 14:57
1-06-2026, 14:52
1-06-2026, 14:44
1-06-2026, 14:31
1-06-2026, 11:40
1-06-2026, 10:18
31-05-2026, 15:57
31-05-2026, 15:53
30-05-2026, 18:24
30-05-2026, 18:20
30-05-2026, 15:01
30-05-2026, 11:17
30-05-2026, 11:05
30-05-2026, 10:40
30-05-2026, 07:41
29-05-2026, 22:31
29-05-2026, 21:20
29-05-2026, 20:30
29-05-2026, 12:19
29-05-2026, 10:17
29-05-2026, 10:14
28-05-2026, 10:45
27-05-2026, 23:48
27-05-2026, 23:19
27-05-2026, 21:37
27-05-2026, 06:40
27-05-2026, 06:36
1 2 3 4 5 6 7 8 9 10 ... 1060