Sumqayıtda dəm qazından zəhərlənən uşaqlardan sonuncusu da evə buraxıldı

Sumqayıt şəhərinin Hacı Zeynalabdin qəsəbəsində dəm qazından zəhərlənən uşaqlardan sonuncusu da xəstəxanadan evə buraxılıb.

Sumqayit.tv xəbər verir ki, bu barədə Oxu.Az-ın sorğusuna cavab olaraq Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyindən (TƏBİB) məlumat verilib.

Bildirilib ki, vəziyyəti qənaətbəxş qiymətləndirilən azyaşlı aprelin 18-də ambulator müalicə üçün evə buraxılıb.

Qeyd olunub ki, həmin uşaq 4 aprel 2026-cı il tarixində Sumqayıt Tibb Mərkəzinin nəzdində fəaliyyət göstərən Uşaq Xəstəxanasından Respublika Pediatriya Mərkəzinin nəzdindəki Ə.F.Qarayev adına Uşaq Klinik Xəstəxanasına təxliyə olunmuşdu.

2018-ci il təvəllüdlü qız uşağına meninqoensefalit diaqnozu təyin edildiyi və ona zəruri tibbi yardım göstərildiyi bildirilib.

Xatırladaq ki, aprelin 1-də Sumqayıt şəhəri Hacı Zeynalabdin qəsəbəsində bir ailənin 6 azyaşlı üzvü hamamda dəm qazından zəhərlənmişdi. Uşaqlar xəstəxanaya yerləşdirilsə də, onlardan birinin həyatını xilas etmək mümkün olmamışdı.

Hazırda digər uşaqların da vəziyyətinin stabilləşdiyi qeyd olunur.


20-04-2026, 18:06 283
Dünən, 20:42
Dünən, 15:54
Dünən, 14:54
Dünən, 14:08
Dünən, 13:20
Dünən, 13:08
Dünən, 11:53
3-06-2026, 21:19
3-06-2026, 18:49
3-06-2026, 15:17
3-06-2026, 12:09
3-06-2026, 11:53
2-06-2026, 16:53
2-06-2026, 16:33
2-06-2026, 10:17
1-06-2026, 18:20
1-06-2026, 18:16
1-06-2026, 18:09
1-06-2026, 14:57
1-06-2026, 14:52
1-06-2026, 14:44
1-06-2026, 14:31
1-06-2026, 11:40
1-06-2026, 10:18
31-05-2026, 15:57
31-05-2026, 15:53
30-05-2026, 18:24
30-05-2026, 18:20
30-05-2026, 15:01
30-05-2026, 11:17
30-05-2026, 11:05
30-05-2026, 10:40
30-05-2026, 07:41
29-05-2026, 22:31
29-05-2026, 21:20
29-05-2026, 20:30
29-05-2026, 12:19
29-05-2026, 10:17
29-05-2026, 10:14
28-05-2026, 10:45
1 2 3 4 5 6 7 8 9 10 ... 1060