Zəfər bayramı-uşaqlıq xatirələrimin əsirlikdən azad olunduğu gün



Torpaqlarımız, xüsusilə ana yurdum Cəbrayıl, ata yurdum Qubadlı Ermənistan tərəfindən işğal olunanda 11 yaşım vardı. O vahiməli xəbərlər gələndə bir anda uşaq dünyama qaranlıq çökmüş, qəlbimin səmasında buludlar toqquşmuşdu. Böyüklərin söhbətlərindən belə başa düşülürdü ki, bir də doğma torpaqlarımıza nə vaxt gedə biləcəyik, məlum deyil. O vaxta qədər mən hər yay dincəlmək üçün doğma Qarabağmıza gedirdim. O qeyri-müəyyənlik 27 il çəkdi. Düz 27 il doğma torpaqlarımıza həsrət qaldıq. Bir tərəfdən erməni terrorizmi, bir tərəfdən də dünyanın ikili standartları bizim uşaq dünyamızı qaraltdı, uşaqlığımızı əlimizdən aldı. Ancaq böyüklərin “Heydər baba torpaqları azad edəcək” sözləri biz uşaqlarda da bir ümid oyatmışdı. Və o ÜMİD 27 il sonra, 2020-ci ildə cücərdi. 

Ümummilli Liderimiz Heydər Əliyev Azərbaycan xalqı üçün çox işlər görüb, bütün ömürünü xalqın xoşbəxt gələcəyi üçün fəda edib. Ulu Öndərimizin xalqımıza ən böyük xidmətlərindən biri də şübhəsiz ki, Prezident İlham Əliyev kimi bir şəxsiyyəti bizə bəxş etməsidir. Ulu Öndər dünyasını dəyişsə də, Heydər Əliyev siyasi kursunun layiqli davamçısı Prezident İlham Əlyev öz qətiyyəti,  müdrikliyi, sarsılmaz iradəsi və sərkərdəlik qabiliyyəti ilə 27 illik işğala son qoydu. 

2020-ci il sentyabrın 27-də Ermənistanın ölkəmizə qarşı hərbi təcavüzünə cavab olaraq Azərbaycan Respublikası Silahlı Qüvvələri Ali Baş Komandanın rəhbərliyi altında işğal altındakı torpaqlarımızın azad edilməsi məqsədilə Vətən müharibəsinə başladı. Respublikamızın suverenliyi və ərazi bütövlüyü uğrunda gedən mübarizədə rəşadət göstərən əsgər və zabitlərimiz, arxa cəbhədə çalışan mülki insanlarımız, bütövlükdə xalqımız əzm və iradə, bir yumruq kimi birlik və həmrəylik nümayiş etdirərək, düşmənə sarsıdıcı zərbələr endirməklə tarixi qələbəni təmin etdi.

Bu gün geriyə baxıb o günləri yada salanda Prezident İlham Əliyevin necə misilsiz sərkərdə, strateq olduğu bir daha aydın olur. Əsrlər boyu torpaqları əlindən alınan, ərazisi başqa dövlətlər arasında tort kimi bölüşdürülən Azərbaycan tarixində ilk dəfə olaraq işğal olunmuş torpaqlarını azad etdi. Həm də dünyanın böyük gücləri, hegemon dövlətləri, media quruluşları hamısı təcavüzkar Ermənistanı himayə etdiyi, törətdiyi müharibə cinayətlərinə göz yumduğu bir vaxtda. İlham Əliyev o günlərdə diplomat kimi masada, sərkərdə kimi hərb meydanında döyüşdü, erməni lobbisinə xidmət edən xarici media qurumlarını dəmir məntiqi, diplomatik məharəti və müdrikliyi ilə ofsayda saldı və minillik Azərbaycan dövlətçilik tarixinin Zəfər səhifəsini yazdı. 

Zəfər salnaməmizdə qəhrəman ordumuzun, şəhid və qazilərimizin misilsiz rolu danılmazdır. Xalq olaraq dünya durduqca şəhidlərimizin müqəddəs ruhlarına borcluyuq. Tarixdən də məlumdur ki, ordu nə qədər güclü, xalq nə qədər qəhrəman olsa da döyüşün taleyini həll edən sərkərdənin iradəsi, qətiyyəti və müdrikliyidir. Bu mənada 44 günlük Vətən müharibəsinin də taleyini həll edən, Zəfər salnaməmizi yazan Ulu Öndər Heydər Əliyevin siyasi kursunun davamçısı İlham Əliyevin əvəzolunmaz sərkərdəlik qabiliyyəti, diplomatik təcrübə və məharəti oldu. İlham Əliyev Ali Baş komandan kimi hərb meydanında əldə etdiyi qələbəni Prezident kimi diplomatiya masasında rəsmiləşdirdi və təcavüzkar Ermənistanı 2020-ci il noyabrın 10-da kapitulyasiya aktını imzalamağa məcbur etdi, Azərbaycanın ərazi bütovlüyü təmin olundu. Bununla da Azərbaycanın minillik dövlətçilik tarixinə adını qızıl hərflərlə yazan Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyev Ulu Öndərimiz Heydər Əliyevin “İnanıram ki, mənim axıra çatdıra bilmədiyim taleyüklü məsələləri, planları, işləri sizin köməyiniz və dəstəyinizlə İlham Əliyev başa çatdıra biləcək. Mən ona özüm qədər inanıram və gələcəyinə böyük ümidlər bəsləyirəm” sözlərini əməli olaraq sübut etdi. 

2020-ci ildə Zəfər tariximizi yazan İlham Əliyevin rəhbərliyi altında üç il sonra, 2023-cü il sentyabrın 19-20-də Azərbaycan Silahlı Qüvvələri birgünlük anti-terror əməliyyatı ilə Ermənistanın Xankəndi, Xocalı və Xocavənddə qalmış tör-töküntülərinə elə bir zərbə vurdu ki, düşmən nəinki təslim oldu, qondarma “Artsax” adlı qurum özünü buraxdı, xalqımıza qarşı soyqırım törədən cəlladların bir neçəsi, o cümlədən qondarma qurumun rəhbərləri həbs edilərək Bakıya gətirildilər və törətdikləri cinayətlərə görə ədalət mühakiməsi qarşısında cavab verəcəkləri günü gözləyirlər. Halbuki 10-20 il bundan əvvəl dünyanın super güclərinin əlində oyuncağa çevrilmiş və hər cür himayə olunan Ermənistanın işğal etdiyi torpaqlarıın bir qarışını belə nə vaxtsa cəmi 44 günə azad edəcəyimiz yuxumuzua da girməzdi. İlham Əliyev xəyal edə bilmədiyimizi gerçəyə çevirdi. 

Ulu Öndərimiz Heydər Əliyev 1993-cü ildə Azərbaycan dövlətçiliyini məhv olmaqdan, xalqımızı qardaş qırğınından  xilas etmişdisə, 2020-ci ildə Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyev xalqımızın əyilmiş qəddini dikəltdi, qələbəyə susamış xalqa qələbə yaşatdı, işğal tarixləri ilə dolub-daşan təqvimə Zəfər gününü, minillik dövlətçilik tariximizə şanlı Zəfər səhifəsini yazdı. Babalarımın yurd yerlərində keçirdiyim uşaqlıq xatirələrim 27 il əsirlikdə qalmışdı, Prezident İlham Əliyev təkcə işğal olunmuş torpaqlarımızı deyil, mənim kimi yüzərlə insanın  uşaqlıq xatirələrini də işğaldan, əsirlikdən azad etməklə həm də 2003-cü ildə prezidentlik fəaliyyətinin ilk günündə dediyi “Əsl siyasət konkret, real iş görməkdir” fikrini bir daha isbatlamış oldu. 

Vüsalə Hacıyeva
Sumqayıt şəhər Evdə Fərdi Təhsil məktəbinin 
Azərbaycan dili və ədəbiyyat müəllimi, jurnalist

8-11-2023, 15:19 366

Digər xəbərlər

Sumqayıtda 13 tibb işçisi Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndi ilə işdən çıxarılıb-VİDEO

İlham Zəkiyev 10-cu dəfə Avropa çempionu oldu-FOTO

Emin Ağalarov “Sea Breeze”dəki faciə ilə bağlı AÇIQLAMA VERDİ-FOTO

Sumqayıtın öz nəqliyyat kartı olacaq? – AYNA-dan AÇIQLAMA

Sumqayıtda ağacların qanunsuz kəsilməsi nəticəsində 71 min manatdan çox ziyan vurulub

33 nömrəli avtobusla bağlı sakinlərin narazılığı artır: “Uzun müddət gözləyirik"

Sumqayıt Tibb Mərkəzində qalmaqal - 13 əməkdaş qanunsuz olaraq işdən çıxarılıb?

Sumqayıt Ağsaqqallar Şurasında qarşıda duran vəzifələr müzakirə olunub -FOTO

Sumqayıt sakinlərinə ŞAD XƏBƏR – Xırdalan qatarı yenidən işləyəcək-VİDEO

Sumqayıtda kafe tamamilə yanıb

Sumqayıtda ağacların qanunsuz kəsilməsi ilə bağlı araşdırma aparılır – 71 940 manatlıq ziyan

Sumqayıtda 1 nömrəli Şəhər Xəstəxanasına yeni rəhbər təyin olunub-FOTO/VİDEO

Novxanıda kirayədə yaşayan kişinin meyiti tapıldı

AQTA-dan bitki yağları ilə bağlı XƏBƏRDARLIQ: Bəzi məhsullarda təhlükəli maddə aşkarlanıb

Bakı metrosunda hərəkət dəyişir: Sumqayıtdan Bakıya gedənlərin DİQQƏTİNƏ

Kamran Əsədov məhkəmədə cinayət işinə xitam verilməsini istədi

Sumqayıtda avqust ayının pensiyaları ÖDƏNİLDİ

Sumqayıtda 27,5 milyon manatlıq layihə: 100-dən çox yeni iş yeri yaradılacaq

Novxanıda üç avtomobil toqquşdu – Xəsarət alanlar var

Sumqayıt yolunda yanğın təhlükəsi yaradan quru ot və zibillər təmizləndi

1 2 3 4 5 6 7 8 9 10 ... 1098
15-08-2026, 21:24
15-08-2026, 20:31
15-08-2026, 16:03
15-08-2026, 13:03
15-08-2026, 11:18
14-08-2026, 22:10
14-08-2026, 21:37
14-08-2026, 20:04
14-08-2026, 18:06
14-08-2026, 18:00
14-08-2026, 17:53
14-08-2026, 16:42
14-08-2026, 15:27
14-08-2026, 13:45
14-08-2026, 13:44
14-08-2026, 13:29
14-08-2026, 12:37
14-08-2026, 12:25
14-08-2026, 12:08
14-08-2026, 11:52
14-08-2026, 10:35
14-08-2026, 09:10
13-08-2026, 20:46
13-08-2026, 17:24
13-08-2026, 16:00
13-08-2026, 13:43
13-08-2026, 12:39
13-08-2026, 12:07
13-08-2026, 11:04
13-08-2026, 10:45
12-08-2026, 20:02
12-08-2026, 17:45
12-08-2026, 16:16
12-08-2026, 15:25
12-08-2026, 15:23
12-08-2026, 14:05
12-08-2026, 13:12
12-08-2026, 12:34
12-08-2026, 12:19
12-08-2026, 12:16
1 2 3 4 5 6 7 8 9 10 ... 1098