İki filmimiz beynəlxalq festivalda mükafat qazandı


Türkiyənin İstanbul şəhərində 9-cu Beynəlxalq İpəkyolu Film Mükafatları təqdim olundu. Bu il mükafat üçün müxtəlif ölkələrdən 3089 film ilə rekord sayda müraciət qəbul olunub. Mükafatlandırmanın final mərhələsinə Azərbaycandan 2 film keçib: Amil Amalın “Titrəmə” qısametrajlı bədii və Lətif Lətifsoyun “Anya” qısametrajlı sənədli filmləri.

Sumqayit.tv xəbər verir ki, Türkiyə Respublikasınn Mədəniyyət və Turizm Nazirliyinin dəstəyi, “Türkiyə Sinema Televizyon Eserleri Sahibleri Meslek Birliği”nin (SETEM) təşkilatçılığıı ilə keçirilən mükafatlandırma mərasimi dekabr ayının 6-da İstanbulda baş tutdu. Rejissor Amil Amalın “Titrəmə” filmi beynəlxalq qısametrajlı bədii film kateqoriyasında “ən yaxşı film” mükafatına layiq görülüb.
Film bir ayağını mina partlayışı zamanı itirmiş əsgər barəsindədir. Ayağını itirən əsgər bədəninin bir parçasını axtarmaq üçün böyük bir yol keçməli olur. Filmin ssenari müəllifləri Amil Amal, Aqşin Evrən, Ayşad Səfərəliyev, təsvir rejissoru Əli Sultanov, bədii rəhbəri və prodüseri Cəmil Quliyevdir. Filmdə əsas rolları Bəhruz Vaqifoğlu və İlqar Cahangirli canlandırır. “Titrəmə” Mədəniyyət nazirliyiin sifarişi ilə “Azərbaycanfilm” kinostudiyasında istehsal olunub.
Lətif Lətifsoyun “Anya” filmi isə beynəlxalq qısametrajlı sənədli film kateqoriyasında “Münsiflər heyətinin xüsusi mükafatı”na layiq görülüb.
Filmdə vaxtilə kənddə rus dili və ədəbiyyatı müəllimi olan yaşlı Anyanın həyatından epizodlar təqdim edilir, onun düşüncə və xəyallarndan bəhs olunur. Film budan əvvəl 38-ci Fəcr Beynəlxalq Film Festivalının “Eastern Vista” bölməsində iştirak edib. Məlumat üçün bildirək ki, Lətif Lətifsoy "Azərbaycanfilm" kinostudiyasının PR meneceri vəzifəsini həyata keçirir.


8-12-2021, 11:09 181

Digər xəbərlər

Sumqayıtın iki zavodunda fəaliyyət dayandırıldı

SDU-da Elmi Şuranın 2024/2025-ci tədris ilinə həsr olunmuş yekun iclası keçirilib - FOTO

Sumqayıtda dezinfeksiya tədbirləri davam etdirilir - FOTO

Şəhid Ülvi Qulamlıya həsr olunmuş videoçarx təqdim edildi - MİNGƏÇEVİRDƏN FOTOLAR

50 yaşdan yuxarı ulduzların dərisini gənc saxlayan 6 axşam vərdişi

Sumqayıt TV işıqlandırdı, problem həll olundu – Koroğlu küçəsində piyada keçidi çəkildi - FOTO

Sumqayıt-Quba və Lənkəran-Sumqayıt marşrut xətləri müsabiqəyə çıxarılıb

Telli Pənahqızı bu televizyanın rəhbəri oldu

"Sumqayıt Xovlu İplik" fabrikindən 10 minlik oğurluq - Gözətçilər saxlanıldı

Sumqayıt yolu və ətraf ərazilərdə elektrik kəsintisi olacaq

Sumqayıt Bələdiyyəsində növbəti vətəndaş qəbulu keçirildi FOTOLAR

Sumqayıt Bələdiyysi şəhər Ağsaqqallar Şurasında görüş keçirib-FOTOLAR .

Sumqayıtda məhəllə komitələrinin seçkilərinə start verildi - FOTOLAR

Əbu-Dabi görüşü: “Azərbaycan sülh prosesinə prinsipial yanaşır"

SDU-da təkrar ali təhsil üzrə namizədlərlə müsahibə mərhələsi keçirilib - FOTOLAR

Sumqayıt Bələdiyyəsində dəyişiklik - - FOTO

Sumqayıtda evdən pul və qızıl oğurlayan şəxslər saxlanılıb

Teymur Səmədova "Fəxri professor" adı verildi - TƏBRİK EDİRİK

Sumqayıtda avtomobil kanala aşıb - Foto

Sumqayıtın tanınmış ictimai-siyasi siması Qüdrət Kərimov vəfat edib

1 2 3 4 5 6 7 8 9 10 ... 964
Bu gün, 17:12
Dünən, 16:35
Dünən, 16:24
Dünən, 15:58
Dünən, 14:22
Dünən, 12:29
Dünən, 12:03
Dünən, 11:54
Dünən, 11:52
Dünən, 11:49
Dünən, 11:40
Dünən, 01:06
Dünən, 00:47
Dünən, 00:26
10-07-2025, 01:40
10-07-2025, 00:50
9-07-2025, 17:50
9-07-2025, 17:25
9-07-2025, 09:24
8-07-2025, 21:14
8-07-2025, 17:10
8-07-2025, 17:05
8-07-2025, 12:00
8-07-2025, 11:56
7-07-2025, 16:28
7-07-2025, 14:37
6-07-2025, 23:22
5-07-2025, 19:02
5-07-2025, 14:17
5-07-2025, 12:03
5-07-2025, 11:09
5-07-2025, 01:53
4-07-2025, 16:10
4-07-2025, 14:30
4-07-2025, 13:51
3-07-2025, 18:34
3-07-2025, 17:57
3-07-2025, 17:47
3-07-2025, 17:43
3-07-2025, 17:30
1 2 3 4 5 6 7 8 9 10 ... 964